Qırmızı.az
Kinostudiyanın həyəti satışa çıxarıldı: ağaclar məhv edilir - FOTO
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətindəki meşəlik məhv edilir.
Axar.az xəbər verir ki, 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyəti satılır. Fotolardan da göründüyü kimi, sözügedən ərazini yaşayış evləri tikmək məqsədilə müəyyən hissələrə ayırıblar, artıq hasarlar da çəkilir.
Həmin ərazidə illərin zəhməti hesabına başa gələn yaşıllıq isə məhv edilir. Artıq ərazidə bir neçə tikilməkdə olan evin özülü də qoyulub.
Məsələ ilə bağlı Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov Axar.az-a açıqlamasında sözügedən ərazidə tikinti işlərinin getdiyini təsdiqləyib. Lakin qeyd edib ki, sözügedən ərazi kinostudiyasının balansında deyil:
“Bir neçə gündür mən də ağacların kəsildiyinin, həmin ərazidə tikintinin getdiyinin şahidi olmuşam. Ancaq həmin ərazilər kinostudiyanın balansında deyil. Kinostudiyanın həyətində bir dənə də ağac kəsilə bilməz. Mən özüm buna imkan vermərəm. Direktor təyin edildiyim gündən burada bir dənə də olsun ağac kəsilməyib”.

-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO











.jpg)







.jpg)
















