Qırmızı.az
Moldovada inanılmaz yol faciəsi - VİDEO
Moldovanın paytaxtı Kişinyovda qeyri-adi yol faciəsi baş verib.
Axar.az yerli Jurnal TV-yə istinadən xəbər verir ki, BMV markalı avtomobili idarə edən sürücü məqsədli şəkildə ağ zolaqlardan keçən üç piyadadan birini vurub.
Magistral kənarında quraşdırılan kameralarda qeydə alınan görüntüdən aydın görünür ki, BMV-nin sahibi piyadalar üçün nəzərdə tutulan keçid zolağı önündə avtomobilinin sürətini azaldaraq dayanıb. Bu zaman yolu keçən üç gənc sürücüyə öz etirazını bildirib. Məsələyə emosional reaksiya verən sürücü gözlənilmədən avtomobilini sağ istiqamətə - piyadalardan birinin üstünə sürüb.
BMV-nin ön sağ təkərinin altında qalan gənc yolda hərəkətsiz vəziyyətdə qalır. Dostlarının qəzanı törədən səbəbkarı saxlamaq cəhdləri isə bir nəticə vermir.
Xatırladaq ki, sürücünün kimliyinin müəyyənləşdirilməsi və saxlanılması üçün şəhər yol polisi əməkdaşları operativ əməliyyatlara başlayıblar.
-
Rəsmi xronika14:21Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - Yeniləndi/Foto
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü


















.jpg)




.jpg)













