Qırmızı.az
Azərbaycanla İran arasında poçt sahəsində əməkdaşlıq qurulacaq
İran rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır.
Publika.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda İran-Azərbaycan İKT sahəsində keçirilən Biznes-forum çərçivəsində İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müçdəba Haşimi bildirib.
O, Azərbacana ilk dəfə səfər etdiyini və gələcək səfərlərin qarışılıqlı xarakter alacağını da deyib:
“Bundan sonra da qarşılıqlı səfərlərimiz davam edəcək. Hesab edirəm ki, özəl sektorda bu sahədə fəaliyyət göstərən şirkətlər də İrana səfər edəcək və bu sahədə əməkdaşlıq genişləndiriləcək. Hazırda İranla Azərbaycan arasında bu sahədə dövlətlərarası əməkdaşlıq mövcuddur. Bu tədbirin keçirilməsinin məqsədi isə özəl şirkətlər arasında da əməkdaşlıq yaratmaqdır”.
İki ölkə arasında bu sahədə əməkdaşlığı yüksək qiymətləndirən M.Haşimi gələcəkdə əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib:
“Mən səfər çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşdüm. Bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu və qərarə alındı ki, əlaqələrin inkişafı üçün gələcəkdə bir neçə sənəd imzalansın”.
Nazir müavini əlavə edib ki, iki ölkə arasında poçt sahəsində də əməkdaşlıq etmək niyyətindədirlər. “Artıq əməkdaşlıq üçün sənəd üzərində iş gedir və müqavilə imzalanması gözlənilir”.
Amid
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?























.jpg)















