Qırmızı.az
"Azerspace 2"-nin tikintisi layihəsi üzrə tender keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci telekommunikasiya peyki “Azerspace 2”-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır.
Publika.az-ın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda nazirlik peykin uyğun texniki parametrlərini müəyyən edir: "Bizə çox maraqlı təkliflər daxil olub. Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bəzi ölkələrin uğursuz təcrübəsi göstərir ki, belə layihələrin reallaşdırılmasına tələsməyə dəyməz. Hazırda nazirlik bu sahədə kifayət qədər təcrübəyə malikdir və bu prosesə yüksək səviyyəli mütəxəssis və ekspertləri cəlb edir".
Nazir müavininin sözlərinə görə, təqdim olunan təkliflər qiymətləndirilir və yekun tələblər müəyyən edildikdən sonra tender elan olunacaq:
"Tenderin keçirilməsi üçün vacib meyarlar bunlardır: maliyyələşdirmə necə həyata keçiriləcək, hansı resurslardan istifadə olunacaq, peyk hansı orbital mövqedə yerləşəcək və s. Bu gün bütün bu detallar araşdırılır. İlin sonunadək parametrlər müəyyən ediləcək və bundan sonra tender elan olunacaq".
Amid
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO



































