Qırmızı.az
İcra hakimiyyətindən jurnalistin müraciətinə CAVAB - FOTOLAR
Binəqədi Rayon İcra Hakimiyyəti "Gündəlik Teleqraf" qəzetinin redaktoru Dilqəm Əhmədin müraciətinə cavab verib.
Jurnalist Publika.az-a bildirib ki, işlədiyi ərazidə yolların bərbad olmasından şikayətlənib.
“Gördüyünüz bu yol, keçmiş ABU-ya düşən yoldur. Bir ildir yayda tozu uduruq, qışda isə bataqlıqla mübarizə aparırıq. Bu yola niyə tədbir görülmür axı? "Təmiz Binəqədi" layihəsinə bu yol aid deyilmi? İnsanlara yazıq deyilmi?”
Bu fikirlər redaktorun İcra Hakimiyyətinə müraciətindəndir. D.Əhmədin sözlərinə görə, iş yoldaşları tərəfindən məsələ dəfələrlə qaldırılsa da, nədənsə icra hakimiyyəti susma mövqeyindədir.
Yolun yay vaxtı toz-torpaq, qışda palçıq olması ərazidə yaşayan və işləyənlərin büdcələrinə də ciddi ziyan vurub. O deyir ki, yollar hər mövsüm bir neçə ayaqqabısını məhv edir.
Binəqədi icra hakimiyyətindən isə sorğuya belə cavab verilib:
"Sizin yaşadığınız ərazidə yolların təmir edilməsinə köməklik
göstərilməsi ilə bağlı 03.10.2014-cü il tarixli müraciətinizə
tərəfimizdən baxılmışdır. Rayon ərazisində planlı şəkildə aparılan
geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qaldırdığınız
məsələ mərhələli qaydada müsbət həllini tapacaqdır".
Görəsən, o mərhələ nə zaman başlayacaq?
Gülxar
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar







































