Qırmızı.az
Cin bədəndən belə çıxdı – ŞOK - VİDEO
“İki tip cin var. Bəziləri yaxşıdı, bəziləri pis. Cinlərin də bəziləri insanlar kimi pis işlərlə məşğul olur, insanların bədəninə girib orada yaşayırlar. Cinin insan bədəninə daxil olmasına insanlar şərait yaradırlar. Yəni, biz bədənimizi qoruduğumuz kimi, ruhumuzu qoruya bilməyəndə onlar ruhumuza daxil olur və bizi idarə edirlər”.
Bu sözləri insanın bədənindən cin çıxardığını
iddia edən Məmməd Bazaroğlu deyir.
Dünya yaranandan insan oğlu dünyanı bu varlıqlarla
bölüşməli olub. Cin, şeytan adlandırılan bu varlıqlar da adəm
övladını yoldan çıxarmağa, Allahın yolundan ayırmağa çalışıblar.
İnsanın cənnətdən qovulma səbəbi də gözlə görülməyən, amma bizi
idarə edə bilən varlıqlardır. İnsan oğlu da bu varlıqlardan
qorunmaq üçün hər zaman yollar axtarmağa çalışıb. Kimisi cadu,
kimisi dua və s. üsullar tətbiq edib. Bu üsulları daha da
təkmilləşdirənlər isə xüsusi adlarla cin, şeytan kimi varlıqları
insanlardan uzaq durmağa məcbur etdiklərini iddia
edirlər.
Məmməd Bzaroğlu da özünəməxsus üsullarla insan
bədənindən cin çıxardığını iddia edir.
O, cinlərin insan bədəninə müxtəlif formalarla
girdiyini deyir:
“Cinlər insan bədəninə qorxu, bəd nəzər, həsəd,
cadu ilə girə bilirlər. Kiminsə bədənində cin girdiyini bilmək
çətin deyil. Həmin insanın baxıcı və ya ekstrasensə getməsinə
ehtiyac yoxdur. Sadəcə bir yerdə oturub “Fatihə” surəsini oxumaq
yetər. Beş-on dəqiqə oxuyan adam təmizdir. Kimin canında cin varsa,
bu surəni sona qədər oxuya bilmir. Bədəninə istilik gəlir, göydə
uçduğunu və ya boğulduğunu hiss edir. Cinlər insanda müxtəlif
bədxassəli şişlər, zob, şəkər kimi xəstəliklər yarada
bilir”.
Məmməd Bazaroğlu deyir ki, bədənində cin olan
insanlar namaz qılan zaman həyəcanlanır, qıla bilmirlər. Səhər və
axşam saatlarında ürəklərində narahatlıq olur, durduqları yerdə
ağlayırlar. Quran, azan səsi eşidə bilmirlər. Qulaqlarına səs gəlir
və həmin səs onları yoldan çıxır. Onların seçilmiş insan
olduqlarını deyirlər:
“Həmin adamlarda qorxu, həyəcan olur. Rahat otura,
yata bilmir, yatanda da pis yuxular görürlər. Bu halları yaşaması
onun bədəninə daxil olan cinlərin hansı cinsdən olmasından
asılıdır”.
Həmsöhbətimiz insanları cinlərin əsarətindən
qurtara bildiyini deyir. Bunun üçün onun xüsusi üsulları da
var:
“Dua və Quran oxumaqla insan bədənindən cini
qovuram. Amma bunu 50 yaşından yuxarı insanlara tətbiq etmirik.
Çünki prosesə yaşlı insanın ürəyi dözməz. Cin insan bədənindən
çıxanda, o, sanki tamam başqa insan olur. İt, pələng səsi çıxarır.
Kişilərlə isə bu daha dəhşətli olur. Gərək əl-ayağını bağlayasınız,
yoxsa 5-6 adam onu sakitləşdirə bilməz. İnsanların bədənindən
çıxardığım cinlərlə söhbət edirəm. Onlar deyirlər ki, şəkərli
insanın bədənində yaşamaq onlar üçün çox çətin olur. Buna görə də
qanda şəkərin miqdarı artanda onlar fəaliyyətə keçir və mədəaltı
vəzi sıradan çıxarırlar. Bunlar hamısı həmin seansları keçirərkən
cinlərin dediyi sözlərdir”.
Kifayət
Publika.Az
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi