Qırmızı.az
İrandan narkotik keçirmək istəyərkən tutuldu
İrandan Azərbaycana daxili orqanında narkotik keçirən şəxs tutulub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İdarənin “Qoşa Təpə” Gömrük postunda İrandan Azərbaycana piyada gələn zaman saxlanılan Azərbaycan Respublikası vətəndaşı Əbdurəhmanov Ruslan Vaqif oğlunun daxili orqanından üç növ narkotik vasitə aşkar edilib.
Üzərində şəxsi yoxlama aparılan Ruslan Əbdurəhmanovdan şəffaf sellofandan hazırlanan 3 ədəd büküm müəyyən edilib. Birinci bükümdə xalis çəkisi 48,628 qram olan narkotik vasitə tiryək, digər bükümdə xalis çəkisi 33,755 qram olan narkotik vasitə heroin, 3-cü bükümdə isə cəmi 12 ədəd “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan, sintetik narkotik vasitə sayılan metadon adlı həblər aşkar edilərək götürülüb.
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı