Narkoman qadınların sayı artır - SOS
Bizi izləyin

Qırmızı.az

Narkoman qadınların sayı artır - SOS

“Narkotik maddələrdən asılılıq qadınlara nisbətən kişilər arasında daha çoxdur. Lakin bu maddələrdən istifadə edən qadınların sayı ildən-ilə artır. 2012-ci narkoman qadınların sayı 520, 2013-cü ildə 539 nəfərdir. Təəssüflə qeyd etmək istərdik ki, onların əksəriyyəti ən ağır forma - inyeksion narkotik istifadəçiləridir. 2012-ci ildə bu rəqəm 379, ötən il isə bu 393 nəfər təşkil edib”.

Publika.az-ın məlumatına görə, bu sözləri Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəxalq tədbirdə deyib.

Onun sözlərinə görə, qadınlar bioloji və psixoloji xüsusiyyətlərinə görə, narkotik vasitələrə kişilərdən daha tez qurşanırlar. Ona görə də, qadınlarda belə bir xəstəliyin aşkarlanması daha çox həyəcana səbəb olmalıdır.

“Çünki burada təkcə qadın yox, onun uşaqlarının həyat və sağlamlığı təhlükə altında olur. Qadınlarda narkotiklərdən psixi asılılıq daha tez formalaşır. Bu maddələrdən istifadəyə başlayandan iki ay sonra asılılıq yaranır”.

T.Məmmədhəsənov onu da bildirib ki, yeniyetmələrin narkomaniyaya düçar olması hazırkı dövrün ən aktual məsələsidir.

“Narkomaniya xəstələrinin 70 %-i narkotiklərdən bu yaş dövründə istifadəyə başlayır. Həmçinin narkotik vasitələrin təsiri uzun illər orqanizimdə qalır. Rəsmi statistikaya əsasən, 2012-ci ildə narkomaniya xəstəliyinə düçar olmuş xəstələrin ümumi sayı 27 min 910 nəfər təşkil edir. Onlardan 15-24 yaş arasında olan şəxslərin sayı 1347 nəfərdir. 2013-ci il üçün narkomaniya xəstəliyi 28 min 376 nəfər təşkil edir. Onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər , 18-24 yaş arasında olanlar 1324 nəfərdir, onlardan 20 nəfəri qadındır. 25-29 yaş arasında olan şəxslər arasında narkotiklərdən istifadə edənlərin sayı 3850-dir, onlardan 43 nəfəri isə qadınlar təşkil edir. Bu rəqəmlər narkomaniyadan istifadə edən yeniyetmə gənclərin bir il ərzində 100 nəfərin artmasını göstərir. Narkotiklərdən asılılıq yalnız küçə uşaqları arasında deyil, həmçinin müvəffəqiyyətli ailələr arasında da bu hallara rast gəlinir. Sosioloji rəy sorğularına əsasən, müvəffəqiyyətli ailələrdən olan yetkinlik yaşına çatmayan narkomanların 82%-i bu işə böyüklərin ev məclislərində başlayıblar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm