Sorosun Azərbaycandakı fəaliyyəti haqda şok - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Sorosun Azərbaycandakı fəaliyyəti haqda şok - ARAŞDIRMA

ABŞ Dövlət Departamentinə yalançı rəqəmlər necə ötürülür

Açıq Cəmiyyət İnstitutu - “Soros” Fondunun Azərbaycanda siyasi çevriliş üçün açıq-gizli fəaliyyəti haqda türk və rus mətbuatında vaxtaşırı informasiyalar yayılır. İnformasiyaların doğruluğu təsdiqini tapmasa da, daha dəqiqi, bu çevriliş planları reallaşdırılmasa da, həmin fondun maliyyələşdirdiyi layihələrin motivi çox şeydən xəbər verir.

Reproduktiv sağlamlığın təbliği adı altında maliyyələşdirilən layihələr adətən narkomaniya, HİV, AİDS-ə yoluxmuş insanlarla iş üçün nəzərdə tutulub. Həmin layihələr çərçivəsində görülmüş işlərin siyahısında narkomanlara pulsuz şprislərin paylanmasından başqa praktik heç bir iş görülməyib.

İcraçı təşkilatların işi layihə çərçivəsində narkomanları öz ətrafına toplamaqdan ibarət olur. O da gün kimi aydındır ki, narkomaniyaya qurşanmış insanlar narkotika əldə etmək üçün hər şeyə hazırdır. Bu da istənilən halda hər şeyə hazır, itirməyə heç nəyi olmayan narkoman ordusu deməkdir. İndi isə elan olunan qrant layihələrini udan təşkilatların başqa “vəzifə”lərindən danışaq.

Davamlı olaraq Amerikada Soros Fondunun maliyyələşdirdiyi tədbirlərə qatılan yerli qeyri-hökumət təşkilatları getdikləri səfərlərində Azərbaycanda narkomanların sayı haqda ağlagəlməz rəqəmlər demək məcburiyyətindədir. Qeyri-hökumət təşkilatları hesabatlarına saldıqları rəqəmləri apardıqları sorğuların nəticəsi olaraq göstərirlər.

Həmin qeyri-hökümət təşkilatlarından birinin sədri Amerikada olarkən özünün hesablamalarına görə Azərbaycanda 33 000 narkoman tələbə olduğunu deyib. Nəzərə alsaq ki, Azərbaycanda tələbələrin çoxu qızlardır, bu biabırçı saxtakarlıqdan başqa bir şey deyil.

Soros Fondunun fahişə siyahısı tələbi

Soros Fondunun narkomaniya ilə yanaşı, reproduktiv sağlamlıqla bağlı maliyyələşdirdi başqa layihələrə baxaq.

Layihələrin həyata keçirildiyi müddətdə fond təşkilatları prezervativlərlə təmin edir. Həmin prezervativlər barlara paylanır. Bu isə xüsusi qeydiyyatla aparılır. Onu da qeyd edək ki, barlarda fahişəlik fəaliyyəti göstərən qadınların gündəlik “müştərisi” nəzərə alınaraq paylanılır. Prezervativin sayı, müəyyənləşdirilməsi təşkilatın işçiləri tərəfindən həyata keçirilir.

İndi gələk əsas məsələyə.

Fond maliyyələşdirdiyi narkomaniya ilə mübarizə fəaliyyəti göstərən qeyr-hökumət təşkilatlarını hansı “ xüsusi” üsulla seçirsə, eləcə də reproduktiv sağlamlıqla bağlı işləyən təşkilatlardan da xüsusi tələbi var. Prezervativ paylayan hər işçidən ən az 500 fahişə adı tələbi!

Hər təşkilata ay ərzində 150 qutu prezervativ təhvil verilir. Bunu da barlara paylamaq üçün 10 işçi tələb olunur. Hər işçi həftədə 2 dəfə hər biri 3 saat olmaqla əvvəkcədən müəyyənləşdirilmiş barlarda olub siyahıya alınmaq şərti ilə prezervativləri fahişələrə paylamalıdır.

Hər qutuda isə 120 prezervativ olur. Əvvəldə də qeyd etdiyimiz kimi prezervativlər “müştərinin“ sayına uyğun verilir. Hər işçi 500 fahişə adı təhvil verərsə, bu da il ərzində hər təşkilatdan 5000 fahişə deməkdir! Bu da hər il ABŞ Dövlət Departamentinin hesabatına dolayısı ilə süni rəqəm “itələmək” deməkdir.

ABŞ Dövlət Departamentinin insan alveri, cinsi istismarla bağlı gözyaşardıcı rəqəmlərini öz əli ilə yazan Soros-un məqsədi dəqiq araşdırma ilə ortadadır. Bu məsələdə QHT-lərin marağı məlum məsələdir. Azərbaycan Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair açıqlamasında son yerləri tutarsa, beynəlxalq fondlar ayırdığı maliyyəni üç dəfə artırar.

Qafqaz ölkələri üçün nəzərdə tutulmuş eyni tipli layihələrin tələbləri içərisində nə konkret narkoman adı, nə də fahişə siyahısı tələb olunur. Konkret olaraq cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı ən yüksək məbləğli layihələri Soros Azərbaycana təqdim edir.

Başqa bir nüans da gözdən qaçmır. Rusiya cəmiyyəti kimi açıq-saçıqlığa pis baxılmayan ölkədə cinsi azlıqların təbliğatı qəti şəkildə qadağandır. Eyni zamanda isə Soros bu mövzularla bağlı heç vaxt “fahişə, narkoman, gey demokratiyasının” inkişafı üçün Rusiyaya qrant layihəsi ayırmağı qəti şəkildə ağlından belə keçirməyib.

Araşdırma davam edəcək.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm