Qırmızı.az
Əli Həsənov söz azadlığından danışdı
Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 4-də jurnalistlər qarşısında çıxış edərkən bildirib.
"Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Hər
kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxartmaqda, cəmiyyətə
çatdırtmaqda azaddır", - Həsənov deyib.
PA rəsmisi bildirib ki, demokratik ölkə olan Azərbaycanın
mətbuatında bu və ya digər məsələlərlə bağlı fərqli fikirlər,
mövqelər mövcuddur: "Çoxsaylı mətbuat orqanları hər gün heç bir
maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır,
təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi
yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması,
təhqirlər də yer alır. Belə ölkədə "söz, mətbuat azadlığı yoxdur"
fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki
vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq.
Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad
fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və
yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz
fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının
məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud konkret
fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə
informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara
qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar
olmadığına görə, onların hesabatları, bəyanatları, yaydıqları
məlumatlar da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir.
Əgər söz və məlumat azadlığının başqa, daha demokratik nümunəsi
varsa, böyük məmnuniyyətlə onunla tanış olmağa hazırıq", - Həsənov
çıxışında deyib.
PA rəsmisinin sözlərinə görə, dünyada mütləq, sərhədsiz azadlıq
mövcud deyil.
"Bütün ölkələrdə, hətta beynəlxalq qanunlarda da söz və məlumat
azadlığına bu və ya digər şəkildə məhdudiyyətlər tətbiq olunub.
"Kim nəyi necə istəyir, elə də yazır" praktikası heç bir ölkədə
mövcud deyil. Dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir
insanın hüququ başqa bir insanın hüququ başlayan yerdə bitir. Necə
ola bilər ki, bir insanın hüququ hədsiz-hüdudsuz olsun, başqa bir
insanın hüququnun reallaşmasına isə meydan verilməsin? Demokratik
cəmiyyətlərdə bu, mümkün deyil", - Həsənov bildirib.
Onun fikrincə, demokratiya azad insanların məsuliyyətli
fəaliyyətinin meydanıdır: "Demokratiya dərk olunmuş
nizam-intizamdır. Biz demokratiya deyəndə həm insanların öz
potensialını sərbəst şəkildə ifadə etmək hüququnun reallaşmasını,
həm də bunun nəticələrinin onlar tərəfindən dərk olunmasını nəzərdə
tuturuq. Söhbət məsuliyyətli demokratiyadan gedir. Buna görə də,
bəzilərinin cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edib
dövlətimizi, millətimizi, cəmiyyətimizi nüfuzdan salmağa
çalışmasını qəbul edə bilmərik", - Həsənov deyib.
PA rəsmisi cəmiyyəti Azərbaycana qara yaxanlara qarşı mübariz
olmağa çağırıb.
"Biz - fəal vətəndaşlar, ziyalılar, gənclər bəlli maraqlar
çərçivəsində Azərbaycan cəmiyyətinə qara yaxanlara qarşı biganəlik
göstərməməli, öz fəallığımızla bunun cavabını verməyi
bacarmalıyıq", - Həsənov qeyd edib.
Publika.Az
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO