Qırmızı.az
Bakı üçün əlavə 2 min hektar ərazi - Təklif
Son illər Bakıda irimiqyaslı şəhərsalma layihələri, yaşayış və qeyri-yaşayış komplekslərinin tikintisi geniş vüsət alıb. Artıq çoxmərtəbəli biznes mərkəzləri, yaşayış massivləri tədricən şəhər kənarına doğru irəliləyir. Bu isə öz həmin layihələr üçün əlverişli yer tapılması problemini ortaya çıxarır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Böyük Bakının
regional inkişaf planı" layihəsinin icra qrupunun rəhbəri Novruz
Eldarlı Publika.Az-a açıqlamasında bildirib ki, böyük layihələr
üçün əlverişli yerlərdən biri də Abşeron yarımadasındakı Böyük Şor
gölünün ərazisi ola bilər: "Gölün ərazisi təxminən 2000 hektara
bərabərdir. Araşdırmalar nəticəsində məlum olub ki, bu göl tarixən
mövcud olmayıb və sonradan antropogen fəaliyyət nəticəsində, çirkab
suların yığılması hesabına yaranıb. Bu isə Bakının ekologiyasına
mənfi təsir göstərir".
Novruz Eldarlı hesab edir ki, göl tədricən qurudulmalı və tamamilə
yox olmalıdır: "Artıq gölün Sabunçu dairəsi istiqamətində 48
hektara yaxın ərazidə qurudulma işləri aparılır. Burada böyük
stadion tikiləcək. Amma bu, kifayət deyil. Göl kompleks şəkildə,
ümumi tədbirlər planı çərçivəsində tamamilə qurudulmalıdır və
yerində müasir şəhərsalmanın tələblərinə uyğun işlər görülməlidir.
Bu göl gələcəkdə düz şəhərin mərkəzində qalacaq. Həm də ətrafda
normal yol infrastrukturu yaradılıb. Metronun "Koroğlu",
"Dərnəgül", "Ulduz" stansiyaları yaxınlıqda yerləşir. Burada həm
yaşayış massivləri, həm də müxtəlif ali məktəblərin düşərgələrini,
inzibati-idarəetmə binalarını, kommersiya mərkəzlərini, ümumiyyətlə
müxtəlif təyinatlı layihələri həyata keçirmək mümkündür".
Böyük Şor gölü nisbətən dayaz göllərdəndir və suyun altında
təxminən 1 metr hündürlüyündə lil qatı var.
Ərazidə tikilməkdə olan 65 min tamaşaçı tutumlu olimpiya stadionunu
Türkiyənin TOCA şirkəti inşa 3 edir. Şirkət ətraf ərazilərdə
müxtəlif layihələri infrastruktur layihələri də həyata keçirməyi
planlaşdırır.
Ramin
Publika.Az
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Magazin119:36Aygün Kazımovanın görün nə qədər vergi borcu var
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır




















.jpg)










.jpg)

