Ukrayna təyyarəsi İrəvana düşdü - 25 azərbaycanlı çarəsiz qaldı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Ukrayna təyyarəsi İrəvana düşdü - 25 azərbaycanlı çarəsiz qaldı - ÖZƏL

Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib.

Publika.az xəbər verirki, bu zaman təyyarədə 25 azərbaycanlı da olub.

İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar. Burada azərbaycanlılara sərhəd keçid məntəqəsində passportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub.

Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb.

Uzunmüddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıb.

Az sonra sizə foto və video təqdim edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm