Qırmızı.az
Bakının mərkəzi prospekti sabah açılır
Heydər Əliyev prospekti yan yolda, Hidrometereoloji proqnozlar bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşmaq üzrədir və yol tam olaraq sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkləti üçün açılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, artıq yolun Hidrometereoloji proqnozlar bürosunun yerləşdiyi binanın yanindan Bağırov körpüsünə qədər olan hissəsində təmir işləri tam olaraq yekunlaşıb və bu hissə sürücülərin ixtiyarına verilib. Yan yolun təmir olunmuş hissəsində asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib. Yolda nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları da quraşdırılıb.
Heydər Əliyev prospekti yan yolun Bağırov körpüsü ilə Koroğlu metrostansiyası arasında yerləşən hissəsində də anoloji işlər həyata keçirilib. Artıq sözügedən hissədə aparılan yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri bitib. Yolda nişanlanma xətləri çəkiləcək və zəruri olan yerlərdə yol nişanları da quraşdırılacaq. Bununla da Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.
Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də aparılan yenidənqurma işləri sona çatmaqdadır. Artıq keçidin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
Gülnar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi















.png)
.jpg)














