Xaçmazda avtomobil çaya düşdü, sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Xaçmazda avtomobil çaya düşdü, sürücü öldü

Xaçmaz rayonunda sürücünün ölməsi ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayonunda sürücünün ölməsi ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, “Hyundai” markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq çaya aşıb.

Dərhal haisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:50-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm