Qırmızı.az
Bakının ən böyük bazarlarından biri söküləcək
Nərimanov rayonundakı “Keşlə bazarı” söküləcək. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” söküləcək.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunları ilə əlaqədar həmin yolun Milli Olimpiya Stadionu ilə Atletlər kəndini birləşdirən hissəsi artıq inşa edilib: "Yolun qurtaracağında hasar çəkilib. Lakin yolun davamının çəkilməsi işləri qalıb. Layihəyə görə Həsən Əliyev küçəsinin davamının keçəcəyi ərazilərdə bazardan başqa həyət evləri də yerləşir. Ona görə də layihənin icrası hələ qalıb. Yəni işlərin nə vaxt başlanacağı və nə vaxt tamamlanacağı bəlli deyil. Əslində bu, adıçəkilən işlərin görülməsi üçün Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaitinin nə zaman ayrılacağından asılıdır”.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, “Keşlə bazarı”nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Obyektin söküləcəyi ilə bağlı bazarda çalışanlar da məlumatlandırılıb.
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu









.jpg)
.jpg)
.jpg)




.webp)


















