Qoroskop
Çuryumov-Gerasimenko kometasının “quyruğunda” oksigen aşkarlanıb
Çuryumov-Gerasimenko kometasını tədqiq edən “Rosetta” kosmik aparatında quraşdırılan “ROSINA-DFMS” spektroskopu göy cisminin qazlardan ibarət “quyruğunda” oksigen molekulları aşkarlayıb.
Bu hadisə indiyədək belə bir faktı mümkünsüz sayan alimlər üçün gözlənilməz olub.
“Nature” elmi jurnalı aparatdan alınan məlumatları araşdıran alimlərin gözlənilməz nəticəyə gəldiyini qeyd edir. Tədqiqatçıların fikrincə, oksigen molekulları Günəş sisteminin əmələ gəldiyi və indiyə qədər kometalarda dəyişməz qalan “ilkin mənşəli” maddələrin tərkibində olub.
2004-cü ilin mart ayında kosmosa buraxılan “Rosetta” aparatı 10 ildən sonra təyinat yerinə çatıb. 2014-cü il noyabrın 12-də “Philae” modulu “Rosetta” aparatından ayrılaraq tarixdə ilk dəfə olaraq kometanın nüvəsinə enib.
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA














.jpg)
.jpg)













.png)

.jpg)





