Bürcləri sağlamlıq və karyera baxımından gələn il NƏLƏR GÖZLƏYİR? - BÖYÜK SÜRPRİZLƏR
Bizi izləyin

Qoroskop

Bürcləri sağlamlıq və karyera baxımından gələn il NƏLƏR GÖZLƏYİR? - BÖYÜK SÜRPRİZLƏR

Rusiyalı astroloq və psixoloq Liliya Lyubomova 2019-cu il üçün astroloji proqnoz hazırlayıb.

Publika.az Liliya Lyubomovanın Sarı Torpaq Donuz ilinin bürclərə görə karyera və sağlamlıq barədə hazırladığı proqnozu təqdim edir:

Qoç bürcü

İş və karyera

Dekabr karyeranıza bir çox müsbət dəyişikliklər gətirə bilər. Ola bilsin ki, bu, vəzifə və maaş artırılması olsun, yaxud da daha rahat iş təklifləri gözlənilir. Ümumiyyətlə, bu qışı diqqət cəlb etməyə çalışmadan maksimum sakit keçirmək tövsiyə olunur. Peşəni dəyişmək və ya özünü digər sahələrdə sınamaq sizin üçün hələ tezdir - hazırlığa vaxt sərf edin: öz təcrübənizi genişləndirin və yeni məqsədlər tapın.

Sağlamlıq

Yeni il illə birlikdə Mars planeti yerə yaxınlaşacaq. Mars planetinə aid olan Qoçlar onsuz da həmişə enerjili olur, onun sayəsində enerjiniz daha da artacaq. Odur ki, bu enerjinin faydalı məqsədlər üçün hansı istiqamətdə istifadə edilməsi barədə düşünün. Enerjinizi idman zalında tərləməyə xərcləməyin və xəstələnməyin. Gücünüzü özünü təkmilləşdirməyə sərf edin. Kosmetik prosedurlar üçün ən uğurlu vaxt - yanvarın ortalarından fevralın ortalarına qədərdir.

Buğa

İş və karyera

Karyeranızda siz gündən-günə maraqlı hadisələrə doğru yaxınlaşırsınız. Ulduzların qənaətincə, hər hansı böyük layihədə iştirakınız mümkündür. Bu, sizin hazırkı mövqeyinizə əsasən nəzərdən keçiriləcək. İstənilən halda bütün prosesləri çox diqqətlə aparmaq və çalışmaq lazımdır. Fevrala yaxın hansısa dəyişikliklər baş verəcək, işləriniz ideal səviyyədə olacaq.

Sağlamlıq

Sizin üçün qənaət rejimində hərəkət etmək vacibdir. Yeni il hazırlıqları ilə özünüzü yormayın və tətildə yaxşı dincəlməyə çalışın. Yuxunuzu alın, gündə bir saatdan az olmayaraq təmiz havada gəzin. Özünüzdən böyük fəallıq gözləməyin, çünki orqanizm yalnız fevralın ortalarında başlayaraq aktivləşməyə başlayacaq. Sağlam qidalanmağa çalışın ki, yeni ili artıq çəki ilə qarşılamayasınız.

Əkizlər

İş və karyera

İlin əvvəlində işdə diskomfort vəziyyətlərlə qarşılaşa bilərsiniz. Rəhbərlik sizi əsəbiləşdirən hansısa yenilik tətbiq edə bilər. Coşmağa və etiraz etməyə tələsməyin, fevral ayında hər şey öz-özünə yox olacaq. Mənəvi rahatlığı isə işdə özünüz-özünüz üçün yaratmağa çalışın. Fantaziyanız buna qadirdir.

Sağlamlıq

Dekabr ayı müalicə, bərpa, qulluq və məşq üçün ideal dövrdür. Yeni ilə siz parıltılar içində girəcəksiniz, sonra isə ağır məşqləri tədricən azaldın, onları sakitləşdirici masaj, meditasiya və yoqa ilə əvəz edin.

Xərçəng

İş və karyera

Artıq bir neçə aydır ki, işinizdə hansısa dəyişikliklər və ya ona hazırlıq gedir. Bu, yalnız yazda başa çatacaq, ən fəal vaxtlar isə yanvar ayına düşəcək. Odur ki, yanvarın biri poçtunuza məktub gəlsə, təəccüblənməyin. Bu qış həmişəkindən daha çox aktiv olmaq lazım gələcək, cəsarətli və daha cəld olmağı öyrənmək lazımdır. Bu, sizi qorxutsa da, narahat olmayın, öhdəsindən gələ biləcəksiniz.

Sağlamlıq

Sağlamlığınız və zahiri görkəminizlə məşğul olmaq üçün dekabr ideal aydır. Bütün kosmetoloji prosedurlar uğurla keçəcək, lakin kardinal dəyişikliyə yol verməyin. Hind masajı, üzgüçülük və at idmanı əla effekt verəcək. Özünüzə qulaq asın, sağlamlığınızın qeydinə qalın. O zaman qışın qalan hissəsini də əla formada keçirəcəksiniz.

Şir

İş və karyera

Qış işdə sabitliklə sizi sevindirəcək. Fevralın son ongünlüyünə qədər heç bir dəyişiklik gözlənilmir. Sonra sakitliyi qızğın iş rejimi əvəz edəcək, onda siz kədərlə dekabr və yanvar ayını xatırlayacaqsınız. Əgər istək varsa, boş vaxtınızı elm və ya yeni dil öyrənməyə sərf edin. Sonra vaxtınız olmaya bilər!

Sağlamlıq

Yeni ildən immuniteti möhkəmləndirin və sakit tətil keçirin. Tətili sakit hoteldə və ya evdə keçirmək yaxşı olardı. 2019-ci ildə bir neçə travmatik dövr olacaq, odur ki, aktiv idmanı təxirə salın. Yorğunluğu yaxın buraxmayın, fitnes hərəkətlərini yerinə yetirin, dəri və üz qulluğu ilə məşğul olun.

Qız

İş və karyera

Yanvarın ortalarından etibarən Qızları işdə ciddi dəyişikliklər gözləyir. Rəhbərlik eksperiment apara və ya ümumiyyətlə, dəyişə bilər. Fevral ayında ölkədən getmək, ya da məzuniyyət götürmək istəyi kəskinləşə bilər. Bu ağıllı qərar olmayacaq, bu səbəbdən də hadisələrə fəlsəfi tərəfdən baxmağa çalışın. Bir il sonra siz onları xatırlamayacaqsınız!

Sağlamlıq

Təmiz havada çox gəzmək səhhətiniz üçün xeyirdir. Yeriş, xizək, yatmazdan qabaq uzun gəzintilər ola bilər. Odur ki, ürəyinizcə olan birini seçin. Kosmetoloqa müraciət etmək üçün ən yaxşı vaxt - fevralın ikinci həftəsindən sonra başlayacaq. Eyni zamanda, müalicəvi masaja yazılmaq olar.

Tərəzi

İş və karyera

Özünüzü itirmisinizsə və başa düşmürsünüzsə, bir mütəxəssisə müraciət edin. Yeni illə həyatınızda yeni bir mərhələ başlayacaq, işdə sakit və daha rahat olacaqsınız. Amma qəlbiniz mart ayına yaxın böyük rahatlıq tapacaq.

Sağlamlıq

Dekabrda xəstələnməməyə çalışın, çünki dərmanlar bu müddətdə arzuolunmazdır. Ola bilsin ki, əhval-ruhiyyəniz pisləşəcək, amma qışın sonuna doğru getdikcə daha yaxşı olacaq. Özünüzü qoruyun və əzizləyin, amma gileylənməyin. Enerji yoqa-praktikası və prosedurları sizi süstlükdən xilas edərlər. Gözəllik proseduarlarını yanvar ayının ortalarınadək gözləmək yaxşıdır.

Əqrəb

İş və karyera

Yanvar ayından başlanacaq dəyişikliklərin ilk qığılcımları dekabr ayının sonlarına təsadüf edəcək. Sizi çox aktiv tətil gözləyir, odur ki, işləməyə hazır olun! Siz öz ambisiyalarınızı reallaşdıra bilərsiniz, əgər onlar yoxdursa, sadəcə çox işləməyə hazırlaşın. Pul xatirinə? Niyə də yox? Kişi həmkarlarınızla ehtiyatlı olun: Onlarla savaşmayın və ünvanlarına tənqid bildirməkdən vaz keçin.

Sağlamlıq

Su prosedurları bu qış sizin üçün çox faydalıdır. Ətirli gül vannaları, üzmək, spa və ya digər su məşğələləri sizin üçün faydalı olacaq. Bu, sadəcə sağlamlıq və gözəllik üçün lazım deyil, eyni zamanda, sizi yüksək enerji ilə təmin edəcək. Aktiv, xüsusən ekstremal idman növləri haqqında unudun, onları fevraldan sonraya saxlayın.

Oxatan

İş və karyera

Yupiterin keçidi sayəsində, siz demək olar ki, bütün ili ad günü keçirilən adam kimi qismətdən müxtəlif növ hədiyyələr qəbul edərək keçirəcəksiniz. Qışın əvvəli sizin üçün zəngin və səxavətli hadisələrlə yadda qalacaq. İstədiyiniz işləri həyata keçirməyə çalışın: layihələr hazırlayın, iş görüşlərinə gedin, yeni bazarlara çıxın. Sizi dayandıran yeganə nüans həll olunmayan ailə problemləri ola bilər. Onları aydınlaşdırmaq vaxtı deyilmi?

Sağlamlıq

Dekabr və yanvar Oxatanlar üçün yüksək notlarla keçəcək, onların öhdəsindən gəlməyə gücünüz çatacaq. Karyera və şəxsi həyatda uğur, özünə qulluq, fəal istirahət və səyahət sizi gözləyir. Amma fevralın ortalarında energetikanız xeyli düşə bilər. Yeni təəssüratlara hazırlaşın: yeni ölkəyə səyahət və ya yeni hobbi əhval-ruhiyyənizi qaldıracaq.

Oğlaq

İş və karyera

İşdə aktivlik dövrü arxada qalıb, odur ki, bu qış bir qədər dincəlmək üçün gözəl fürsətdir. Strateji planlaşdırma, biznes və ya karyera qurmaq üçün Saturnun köməyinə arxalanın. Ola bilsin ki, sizə yeni bilik və bacarıqlar öyrənmək lazımdır. Biliyinizi ən yaxşı harada və hansı istiqamətdə genişləndirmək barədə yaxşı fikirləşin.

Sağlamlıq

Dekabrda dərinizin qeydinə qalın ki, qışın soyuğundan təsirlənməsin. Ümumiyyətlə, bu il işdə və məşqlərdə çox yorulmasanız, özünüzü əla hiss edəcəksiniz. Fevralın ortalarında bürcünüzə Venera və Saturn planeti gələcək. Bu hadisə özünə yeni dayaq nöqtələri tapmağa kömək edəcək. Bu zaman sizin üçün nəyin yaxşı, nəyin pis olduğuna diqqət yetirməyə və anlamağa çalışın.

Dolça

İş və karyera

Bütün dekabr ayında pul qazanmaq sizin üçün asan olacaq. Yeni il hazırlıqlarından qazanmaq imkanı varsa, istifadə edin. Reklam hazırlayın və ya satın, bütün vasitələrdən istifadə edin. Yanvar və fevral aylarında özünüzə daha çox fikir verəcəksiniz. İntellektual mülküyyətinizi və biliklərini artırmağa səy göstərin.

Sağlamlıq

Sağlamlıq və gözəllik ayinlərini dekabrda həyata keçirməyə çalışın, bu, ən əlverişli vaxtdır. Diaqnostika üçün kosmetoloqa yazılmaq, yeni növ fiziki məşğələlərə, rejimi dəyişmək və arıqlamağa başlamaq barədə düşünün. Yanvar və fevral ayları sizə sürprizlər gətirməyəcək, əvəzində siz bu zamanı səmərəli və ağılla keçirəcəksiniz.

Balıq

İş və karyera

Artıq dekabrda karyera baxımından qarşınızda həsəd oyadan perspektivlər açılacaq. Yalnız bir "amma" var: Onlar diskomfort yarada və ya sizin prinsiplərinə zidd ola bilər. Əgər yaza qədər gözləsəniz, bu vəziyyət dəyişəcək. Digər tərəfdən bundan sonra bəxt sizin tərəfə gətirməyə bilər, uğur naminə çalışmaq lazım gələcək. Mürəkkəb seçimdir, qərar sizindir.

Sağlamlıq

Dekabr özünə qulluq üçün ən yaxşı qış ayı olacaq. Kosmetoloqa gedib sevimli prosedurların kursa yazılın, ya da yenilərini sınayın. Səhhətiniz bu il yaxşı keçəcək, amma əsəbləri sakitləşdirmək üçün mütləq bitki çayları alın. Rahatlaşmaq üçün yaxşı şərq masajına getmək tövsiyə olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm