Qoroskop
Ulduz falı - 31 avqust
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - başqalarının vədlərinə görə məsuliyyət daşımayın. Həmin adamların probelmlərini həll etməyə çalışsanız, xeyli vaxtınız hədər gedəcək. Üstəlik, hər hansı formada minnətdarlıq eşitməyəcəksiniz. Sayıq və konkret danışın.
Buğa - bütün çətinliklərin yükünü çəkmək istəmirsinizsə, "yox" deməyi bacarın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin. Birgə əyləncə pozitiv emosiyalar bəxş edəcək.
Əkizlər - macəra və avantüralar aramayın. Ehtiyatlı olun. Yeni tanışlara dərhal etibar etməyin. Əks təqdirdə az sonra təəssüflənə bilərsiniz. Özünüzlə yanaşı, başqalarının durumunu obyektiv dəyərləndirin. Belədə qarşılıqlı anlaşmaya daha tez nail ola bilərsiniz.
Xərçəng - təşəbbüskar olun. İdeyalarınızı açıqlamaqdan çəkinməyin. Ünsiyyət çevrənizi genişləndirin. Amma zərurət olmadan məsləhətlər verməyin.
Şir - ən müxtəlif insanlarla təmaslarda olacaqsınız. Nikbin və qətiyyətli olun. Layihələri planlaşdırarkən ən kiçik təfərrüatları nəzərə alın. Köhnə tanışlardan biri ilə əlaqələri bərpa edin.
Qız - situsiyada müsbət dəyişikliklər olacaq. Yaranan imkanlardan bəhrələnin. Şansları əldən verməyin. Münasibətlərin qaydaya salınması və yeni əlaqələrin qurulması üçün əlverişli zamandır
Tərəzi - aktiv, məqsədyönlü və qətiyyətli çalışın. Diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə baxaraq ruhlanacaqlar. Mürəkkəb işlərə həddən ziyadə vaxt ayırmayın. Yorğunluq əhvalınıza pis təsir edərək sizdə qıcıq və aqressiya yarada bilər.
Əqrəb - məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir. Maraq və mövqeyinizi bölüşən insanlarla tanışlıq istisna deyil.
Oxatan - əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Təxəyyülünüzdən bəhrələnin.
Oğlaq - sevdiyiniz insanı hədiyyə və ya sürprizlə sevindirin. O da sizə müsbət emosiyalar verməyə çalışacaq. Alış-verişə yollanmaq olar. Yaşam arealınızı daha komfortlu edəcək əşyalar almaq olar.
Dolça - adi günlərdən fərqli olaraq daha tələbkar davranın. Yaxınlarınız və ya qohumlarınızdan birinin kiçik səhvi sizi təbdən çıxarmasın. Emosiyalara qapılmayın, hisslərinizi nümayiş etdirməyin. Bu dünyada heç nə ideal deyil. Siz də səhvlər edirsiniz.
Balıqlar - deyilənlərə inanmayın. Sizi aldatmağa çalışan, yanlış məlumat verən insanlar var. Səfərə və ya gəzintiyə yollanmaq məsləhət deyil. Diqqətli olun. Özünüzü çox yormayın. Qüvvənizi bərpa edin, bir qədər tək qalın. / Milli.az
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək








.jpg)





















.jpg)


.jpg)
