Günün ULDUZ FALI: Yeni romantik təmaslar az sonra ciddi səciyyə ala bilər
Bizi izləyin

Qoroskop

Günün ULDUZ FALI: Yeni romantik təmaslar az sonra ciddi səciyyə ala bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısı uğurlu olacaq. Xoş təəssüratlar, mühüm qələbələr istisna deyil. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər və irəliləyişlər ehtimalı böyükdür. Yeni romantik təmaslar az sonra ciddi səciyyə ala bilər.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Çətinliklər yaranacaq. Baş verənlərin önəmini artırmayın. Xırda məsələlərə görə narahat olmayın. Sakit və təmkinli olsanız, problemlərin həlli asanlaşacaq.

Buğa - tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. İlk baxışdan asan və sadə görünən məqam əslində mürəkkəbdir. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Maliyyə öhdəlikləri götürməyin. Kreditlə nə isə almaq məsləhət deyil.

Günün ikinci yarısında bəd xəbər, sizi narahat edəcək məlumatın alınması istisna deyil. İllüziyalar darmadağın olacaq, yaxın saydığınız insanın xəyanətini görəcəksiniz. Ailə üzvləri adi günlərdən fərqli olaraq daha çox diqqət və qayğı gözləyirlər. Yalnız öz işlərinizlə məşğul olsanız, onlar sizdən inciyəcəklər.

Əkizlər - günün ilk yarısında ciddi problemlər və çətinliklər yarana bilər. Əvvəllər yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırın. Diqqətsizlik və ehtiyatsızlıq baha başa gələ bilər. Əhvalınız pisləşə bilər. Ürək-damar ağrılarının yaranması istisna deyil.

Günün ikinci yarısı daha uğurlu ola bilər. Yeni imkanlar yaranacaq, xoş xəbərlər alacaqsınız. Emosional fon stabilləşir. Əhvalızı normallaşdırın, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniya yaradın.

Xərçəng - günün ilk yarısında xoşagəlməz sürprizlər, narahatlıq və təlaş olacaq. Lakin saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Narahat olmayın, bədbinliyə qapılmayın. Yaxınlarınızla təmasları intensivləşdirin. Yaşı qohumların sizə ehtiyacı var. Qayğıkeş olun.

Günün ikinci yarısında parlaq olaylar, yaşamınızın önəmli saydığınız sahəsində irəliləyiş və müsbət dəyişikliklər olacaq. Sevdiyiniz insanla səmimi, qayğıkeş olun.

Münasibətlərə dəyər verin.

Şir - uğursuz gündür. Ciddi planı reallaşdırmaq, qeyri-adi və yeni işlə məşğul olmaq çətindir. Bütün diqqəti cari işlərə yönəldin, rutin məsələlərə laqeyd yanaşmayın. Son vaxtlar tamamlaya bilmədiyiniz sifariş və ya layihəni bitirin. Yaşam və fəaliyyət areallarında qayda yaradın.

Kiçik səfər, yaxud səyahət əhvalınızı yaxşılaşdıra bilər.

Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Diqqətli olun, özünüzə fikir verin.

Qız - bütün mühüm işlər, görüşlər və ya səfəri günün ilk yarısında gerçəkləşdirin. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Kiçik gəlirlər, köhnə borcun qaytarılması istisna deyil.

Alış-verişdə çox pul xərcləməyin, qənaətlə davranın. Əyləncə və ya istirahət fikirlərini unudun.

Günün ikinci yarısında dostlarla mübahisə, ailədə ixtilaf istisna deyil. Sevdiyiniz adamla münasibətlərdə sərinləşmə də yarana bilər. Lakin güzəştə meylli olaraq təmkinli davrasanız, barışıq uzaqda deyil.

Tərəzi - yeni işlərə başlamaq üçün əlverişli gündür. Vədləri yerinə yetirin, öhdəlikləri unutmayın. Əvvəllər başladığınız, amma yarımçıq qalan işi başa vurun. Enerjili, aktiv olun. Süst və apatik davranmayın. Problemlərin qeyri-standart həll variantını seçin, yaradıcı variantlara üstünlük verin. Şəxsi münasibətlərdə təşəbbüskarlıq edin. Yeni tanışlıqlar olacaq.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Qəfil gəlirlər çoxdan bəri əldə etmək istədiyiniz əşyaları almağa imkan verəcək. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Əqrəb - çox əlverişli, yaxşı gündür. Ən müxtəlif sahələrdə yeni, genişmiqyaslı layihələrə başlamaq olar. Uğur qazanacağınıza şübhə etməyin. Yeni tanışlıq uzunmüddətli və ciddi münasibətə çevriləcək. Son vaxtlar darıxdığınız insanla görüşəcəksiniz.

Axşam saatları gəzinti, təbiət qoynunda istirahət üçün əlverişlidir. Şəraitin dəyişməsində xeyir var. Yeni nə isə öyrənmək olar. Alacağınız informasiya az sonra karınıza gələcək.

Oxatan - hadisələrlə zəngin olmayan gündür. Xoş təəssüratlar olacaq. Can atdığınız işlə məşğul ola bilərsiniz. Maraqlı məşğuliyyətlə gözləntilərinizi reallaşdıra bilərsiniz. Sizdə müsbət hisslər yaradan, rəğbət bəslədiyiniz insanla görüşün. Planlaşdırılmamış səfər ola bilər.

Axşam saatları ailəvi tədbirlər və qonaq qəbulu üçün əlverişlidir. Sakit, rəvan olun. Emosional fon stabildir, əhvalınız yaxşıdır.

Oğlaq - gün xoşagəlməz sürprizlər vəd etmir. İşlər təxminlənən məcradadır, ətrafınızdakı insanlar arasında etibar etdiyiniz adam ümidləri doğruldur. Ev işlərini yerinə yetirin. Yardıma zərurət yaranarsa, yaxınlarınız kömək edəcəklər.

Mebel, məişət texnikası almaq, köçə hazırlaşmaq olar.

Günün ikinci yarısı aktiv istirahət zamanıdır. Səfərə yollanın, təmiz havada olun.

Maraqlarınızı və həyata baxışlarınızı bölüşən insanla qarşılaşacaqsınız.

Yeni tanışlıq harmonik inkişaf edəcək.

Dolça - kiçik problemlərə və xoşagəlməz nüanslara fikir verməyin. Belə çətinliklərin sayı az deyil. Ruhdan düşməyin, geri çəkilməyin. Niyyətlərinizdən əl çəkməyin. Xoş xəbərlər ala bilərsiniz. Dəyər verdiyiniz insanla görüşəcəksiniz.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Ailədə mübahisə riski artır. Sevdiyiniz insanın ünvanına sərt iradlar və aqressiv tənqid söyləməkdən çəkinin.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq

Balıqlar - gün pis keçməyəcək. Xeyli əvvəldən bəri can atdığınız sifarişi alacaq, planları reallaşdıra biləkəsiniz. Çalışarkən təxəyyülü işə salın. Ətrafınızdakı insanları tanıyın, onlardan kimə etibar edə biləcəyinizi müəyyənləşdirin. Yardım istədiyiniz insan müraciətinizi qulaqardına vurmayacaq. Gəlirlər istisna deyil.

Günün ikinci yarısında travma riski artır. Axşam saatlarında xüsusilə ehtiyatlı olun. Diqqətli davranmasanız, dəyər verdiyiniz əşyanı itirə bilərsiniz. (Milli.Az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm