Region
Dövlət liderlərinə SUİ-QƏSDLƏR, ÜSYANLAR və... Türkiyəyə qarşı dəhşətli planın icrası RƏSMƏN BAŞLADI
ABŞ-da uzun müddətdir müzakirə mövzusu olan bir təyinat, nəhayət ki, reallaşdı. ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorluğuna namizəd göstərdiyi Gina Haspel Senatda 45 səs əleyhinə, 54 səs lehinə olmaqla təsdiqləndi. Bəzi Ağ Ev rəsmilərinin "işgəncələr verən bir şəxs Senatda təsdiq oluna bilməz" şəklindəki narahatlıqları da onun MKİ-nin direktoru olmasına mane ola bilmədi.
Vyetnamda əsir düşdüyü zaman 5 ildən çox işgəncə görən respublikaçı senator Con Makkeyn də Haspelin təyinatına qarşı çıxmışdı. Ancaq Demokratlar Partiyasının 6 üzvünün onun lehinə səs verməsi səsvermənin nəticəsinə həlledici təsir göstərdi.
MKİ-də 33 illik təcrübəsinə baxmayaraq, Gina Haspel barəsində fikirlər birmənalı deyil. O, ABŞ tarixində MKİ-nin ilk qadın direktoru olacaq. Sirli qadın olduğu deyilən və 1985-ci ildə MKİ-yə qatılan Cina Hespel idarənin vitse-prezidenti vəzifəsinə Trampın yeni komandasının formalaşdırılması prosesi çərçivəsində - 2017-ci ilin fevral ayında təyin edilib.
62 yaşlı qadının dövlət katibi Maykl Pompeoya ən yaxın adam olduğu deyilir.
Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.
Haspel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilirdi. Onun İran, Tunis, Misir və bir çox Yaxın Şərq ölkəsində baş verən iğtişaşların arxasında olduğu bildirilir.
Siyasi ekspertlər Trampın son təyinatlarına diqqət çəkməklə bildirirlər ki, ən yüksək vəzifələrə generallar və MKİ-nin heyəti gətirilir. Bildirilir ki, bu mənzərə dünyanın işinin bundan sonra çox çətin olacağını göstərir. Yaxın Şərq başda olmaqla, dünyanın dörd bir tərəfindəki qarışıqlıqlarda, çirkli oyunlarda birbaşa barmağı olduğu deyilən bir şəxsin MKİ-nin rəhbərliyinə gətirilməsi isə narahatlığı artıran bir haldır.
Hələ Gina Haspelin MKİ-nin direktorluğuna namizədliyi irəli sürülən günlərdə Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat dairəsinin keçmiş başçısı, ehtiyatda olan general İsmail Haqqı Pekin “Milliyət” nəşrinə bildirmişdi ki, sui-qəsdlər və sabotajlar dövrü rəsmən başlaya bilər.
“Gina Haspel gizli əməliyyat dairəsinin başçısının köməkçisi idi. Bunun mənası odur ki, Türkiyə də daxil olmaqla, bir çox ölkədə ABŞ-ın gizli fəaliyyəti artacaq”, - o bildirib.
General hesab edir ki, dövlət rəsmilərinə sui-qəsdlər ola bilər: “Bəzi yerlərdə üsyanlar və qarışıqlıqlar təşkil edilə bilər. Həm İSİD-i, həm də PYD-ni yenidən dizayn edərək fərqli şəkildə istifadə edilə bilərlər. Yalnız Türkiyə deyil, başqa ölkələrdə də bunu edə bilərlər. Məsələn, Körfəz ölkələrində, İordaniya və Pakistanda. Yəni, müəyyən qruplardan istifadə etməklə xaos vəziyyətinin yaradılması, mərkəzi hökumətlərin zəiflədilməsi və kiberhücumlar kimi hər cür gizli əməliyyatların təşkil mümkündür”.
Onun sözlərinə görə, müəyyən terror təşkilatlarını yaradaraq Türkiyənin başına bəla edə bilərlər.
“Onlar iqtisadi cəhətdən qaynaqlanan əməliyyatlar həyata keçirə, yaxud da ictimai asayişi sabotaj edə, təxribatlar törədə bilərlər. Bu adamları təmizləmək üçün kəşfiyyata ehtiyacımız var. Bu baxımdan, kimlərlə kəşfiyyat əməkdaşlığı edə biləcəyimizi düşünməliyik. Türkiyənin səhv etmə şansı yoxdur “, - general yekunlaşdırıb.
Ömər Dağlı
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"