Region
Kamal Kılıçdaroğlu Məhərrəm İncənin YALANINI ortaya çıxardı
Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Məhərrəm İncənin FETÖ açıqlamasının yalan olduğu iddia edilir.
Publika.az xəbər verir ki, Türkiyənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu televiziya proqramlarından birində Məhərrəm İncənin "Amerikalılar mənə zəng etdi. Fətullah Gülənin ekstradisiyası məsələsində Türkiyə tərəfində günah var. Onlar üsuluna uyğun tələb etməyiblər" açıqlamasının yalan olduğunu bildirib: "Amerikanın hazırladığı 3 səhifəlik hesabat mənə də göndərilib. Bu məsələ ilə birbaşa tanışam. Əgər həmin hesabat hörmətli Məhərrəm İncəyə də göndərilibsə, bu, o deməkdir ki, Amerika Fətullah Güləni Türkiyəyə təhvil verməlidir".
Beləliklə, CHP Sədri Kamal Kılıçdaroğlu verdiyi açıqlamalarla prezidentliyə namizəd Məhərrəm İncənin insanlara yalan informasiya verdiyini elan etmiş olub.
Xatırladaq ki, Məhərrəm İncə daha əvvəl agentliklərdən birinə verdiyi müsahibəsində Fətullah Gülən məsələsinin danışıqlar yolu ilə həll edilə biləcəyini bildirmişdi: “Biz Türkiyə və ABŞ arasında yığılmış problemləri həll edəcəyik. Fəthullah Gülənin ekstradisiyası iki ölkə arasında müqavilə çərçivəsində tələb ediləcək. Mən danışıqlar yolu ilə həll edilməyən heç bir probem görmürəm”.
Könül
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

