Region
Türk Ordusu bu əraziyə də GİRİR - Yeni əməliyyatın DETALLARI
PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan dərhal sonra Süleyman Şah Türbəsi əvvəlki yerinə köçürüləcək.
Publika.az xəbər verir ki, bu haqda “Yeni Şəfəq” nəşri yazıb.
Məlumata görə, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsi məsuliyyətini də üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.
Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.
2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə terror təşkilatı İŞİD-in nəzarətinə keçir. 2015-ci il fevralın 22-də Türkiyə Silahlı Qüvvələrinin 700 nəfərlik heyəti türbədə olan 40 əsgəri ölkəyə geri gətirmək üçün Suriyaya girib. Türbədə olan Süleyman Şahın məzarı və digər mənəvi dəyəri olan əşyalar alındıqdan sonra Süleyman Şah Türbəsi və yaxınlıqdakı polis bölməsi partlayıcılarla havaya uçurulub. Süleyman Şah Türbəsi 2015-ci ildə Şanlıurfanın Birəcik mahalının qarşısında, sərhədə yaxın Suriyanın Əsmə kəndində qurulub.
Bu ilin aprelində də Türkiyənin Baş nazirinin müavini Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında Süleyman Şah Türbəsinin əvvəlki yerinə köçürüləcəyini bildirib.
“Süleyman Şah Türbəsi müvəqqəti olaraq daşınıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, - o deyib.
Ömər Dağlı
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil





































.jpg)
.jpg)
