Region
Soyqırımı inkar edən kürdün çıxışı Cənubi azərbaycanlıları AYAĞA QALDIRDI
Cənubi Azərbaycanın Urmiya Şəhər Şurasının üzvü Hüseyn Pənahi şəhərin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyarinin ötən əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilən Ciloluq qətliamını inkar edən çıxışına tutarlı cavab verib.
Publika.az xəbər verir ki, Pənahi bu barədə “Azərbaycan əhalisinin qeyrət damarını təhrik etməyin” başlığı altında məqalə yazıb.

“Azərbaycan əhalisi tarix boyu bir çox zülm və qarətlərə məruz qalıb, lakin zülmü cavabsuz qoymadığını sübut edib. Bütün böhranları qələbə ilə arxada qoyub. Azərbaycan hamıya qarşı tolerant və səbirli olub, buna baxmayaraq, əhalisi savaş meydanlarında kişiliyə əməl edib, edir və edəcək.
Azərbaycanlı kişilərin qeyrəti kimsəyə gizli deyil, onlar qərəzli və içi boş planları hər zaman pozublar. Azərbaycanlılar öz cəsarətləri və kişilikləri ilə kimsəyə şanlı tarixlərinə kəc baxmağa icazə verməyib. Bura Həsənilər, Əminilər, Bakirilər, Kazımxanlar və Əsgərxanlar kimi aslan kişilərin torpağıdır. Ona görə də Azərbaycan gəmisində oturub onu deşməyə çalışmayın".
Qeyd edək ki, XX əsrin əvvəllərində, I Dünya Müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Cənubi Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.
Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari isə radikal kürdlərdən biridir. O, Şimali Xorasanın Bocnurd şəhərindəndir. Məhəmməd Mehdi Şəhriyari dekabrın 7-də ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Ciloluq qətlimanını inkar edən çıxışında onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı tələbələrin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Azərbaycanın inkişafına mane olduğunu bildirib. Onun qərəzli çıxışı cənubi azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb. Soydaşlarımız Qərbi Azərbaycana təyin olunan valinin tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edir.
Zümrüd
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


