Region
"İranın dağılması üçün ABŞ və İŞİD..." - Azərbaycanlı millət vəkili AÇIQLADI
İranın gələn il üçün nəzərdə tutulan büdcə layihəsinə əsasən, bütün əyalətlər cari ilin büdcəsinin təxminən, üçdə biri ilə kifayətlənməlidir. Bundan əlavə İran pulunun dəyəri ötən illə müqayisədə 4 dəfə azalıb.
Publika.az xəbər verir ki, İran parlamentinin Urmiya şəhəri üzrə millət vəkili Nadir Qazipur gələn il üçün nəzərdə tutulan büdcə layihəsi və əyalətləri gözləyən ağır iqtisadi duruma münasibət bildirib.
O, bu barədə yayımladığı videoda önəmli açıqlama verib. Millət vəkili bildirib ki, hökumət tərəfindən hazırlanan büdcə layihəsi təsdiqlənərsə, o zaman İranın dağılması üçün Amerika Birləşmiş Ştatları və İŞİD-ə ehtiyac qalmayacaq.
“Layihədə qeyd olunub ki, hökumət işçilərinin 10 faizi ixtisar ediləcək. Təhsil şöbələrinin 10 faizi bir sıra təhsil ocaqları birləşdiriləcək. Universitetlər ləğv olunacaq, bəziləri isə birləşdiriləcək. Rusiyadan təxminən, 5 milyard dollar civarında kredit alınacaq. Hər şey üçün dəyərli kağızlar çap olunacaq. Ölkəni bu vasitə ilə bərbad vəziyyətə salmaq istəyirlər”, - millət vəkili açıqlamasında qeyd edib.
Qeyd edək ki, nüvə fəaliyyəti ilə bağlı ABŞ-ın sanksiyaları ilə üzləşən İranda ağır iqtisadi vəziyyət hökm sürür. Gələn ilin büdcə layihəsində İranın hər gün 1 milyon 500 min barel neft satacağı proqnozlaşdırılıb, neftin bir barelinin qiyməti isə 54 dollardan götürülüb. Cari ilin büdcəsi isə təxminən, 1217 trilyon tümən olub. Bu, gələn il üçün nəzərdə tutulan büdcədən 3 dəfə çoxdur.
Layihədə hökumət vergi, özəlləşdirmə, neft və s. kimi mənbələrdən 478 min milyard tümən gəlir əldə edəcəyini proqnozlaşdırıb.
Zümrüd
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
















.jpg)






.jpg)
.jpg)











