Region
Türkiyə üçün QARANLIQ SSENARİ: 3 qüvvənin planı ORTAYA ÇIXDI
“Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə imperializmin yuxularını qaçıran Türkiyə bu gün də Fəratın şərqi və Münbiçi xilas etməkdə qərarlıdır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında bildirib.
Partiya sədri ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarından sonra Vaşinqtondan verilən bəyanatlara sərt reaksiya verib:
“Donald Tramp 2018-ci ildə İŞİD-i məğlub etdiklərini iddia edərək Suriyadan çəkiləcəklərini açıqladı. Ağ Evin sözçüləri təqvimi də açıqladılar. Sonradan Tramp Suriyadan çəkilmə üçün zaman vermədiklərini ifadə etdi. ABŞ prezidenti daha da irəli gedərək “Suriyadan çəkilsək belə, kürdləri qorumaq istəyirik” söylədi. Boltonmusun, Daltonmusun, bilmirəm, Türkiyə nə edəcəyini sənə və patronlarındanmı soruşacaq? Bu, nə tərbiyəsizlikdir? Müttəfiqlər kürd döyüşçüləri imiş. Müttəfiqin olduğu insan qəssablarının kürd qardaşlarımızla heç bir əlaqəsi yoxdur. Kürd mənşəli vətəndaşlarımızla PKK və YPG-nin eyniləşdirilməsi alçaqlıqdır”, - MHP lideri deyib.
O qeyd edib ki, Bəşər Əsəd rəhbərliyi ilə YPG arasındakı əlaqələr və ABŞ-ın bu əlaqələrdəki rolu sirrini hələ saxlamaqdadır.
“ABŞ Türkiyə ilə Suriyanın qarşıdurmaya girməsi üçün YPG ilə bir oyunmu hazırlamaqdadır? Türkiyə üçün də qaranlıq ssenarilərmi hazırlanır? Əsəd, PKK, YPG və ABŞ arasında hansı razılaşmadan söhbət gedir? ABŞ nə deyirsə-desin, Türkiyə Fəratın şərqinə girməli və lazım olan addımlar atılmalıdır. Başqalarının nə deyəcəyi bizi maraqlandırmır. Qızıl fürsət qarşımızdadır. Türkiyənin gücü dosta da, düşmənə da ən sərt şəkildə göstərilməlidir”, - MHP lideri yekunlaşdırıb.
Ömər
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto



































.jpg)
