Region
Ərdoğan: Bolton ÇOX CİDDİ SƏHV ETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun bəyanatına sərt reaksiya verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin bu məsələdə güzəştə getməyəcəyini bildirib.
“Suriyada lap əvvəldən yeni konstitusiya və azad seçkilərlə bağlı eyni mövqe sərgiləyirik. Bu böhranda ən çox qaçqını biz qəbul etdik. Suriyada terror təşkilatlarına qarşı ən təsirli mübarizə aparan Türkiyədir. “Fərat Qalxanı” əməliyyatı ilə 3 min İŞİD-çini zərərsizləşdirdik. Boltonun İsraildən verdiyi mesajı qəbul etməyimiz mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşlarım kimdir, YPG/PKK kimdir tanımırlar. PKK/PYD terror təşkilatı heç bir zaman kürd qardaşlarımı təmsil edə bilməz. Bolton çox ciddi bir səhv etmişdir, güzəşt etmərik”, - Ərdoğan deyib.
Xatırladaq ki, Bolton iki gün əvvəl İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət gözləyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.
O, həmçinin qeyd edib ki, Türkiyənin Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.
Ömər
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto



































.jpg)
