Region
Türkiyənin ABŞ-dan əsas tələbi MƏLUM OLDU: Ya məhv edilsin, ya da...
Ankarada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla danışıqların gedişatında ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra bu ölkədəki Amerika bazalarının gələcəyi müzakirə edilib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
“Biz ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında qərara şadıq, amma bu proses necə keçəcək, ABŞ-ın Suriya ərazisindəki bazaları necə olacaq? Onların taleyini və başqa məsələləri həll etmək lazımdır. Biz bu məsələləri hərtərəfli və ətraflı müzakirə etdik. Bizim hərbçilərimiz qoşunların çıxarılması ilə əlaqədar hərəkətlərin koordinasiyası üzrə ikitərəfli danışıqları davam etdirirlər. Amma bir neçə əhəmiyyətli prinsip var, hər şeydən əvvəl bu siyasi birlik və Suriyanın ərazi bütövlüyüdür”, - Kalın Ankarada jurnalistlərə deyib.
Onun sözlərinə görə, Suriyanı terror qruplaşmalarından tamamilə təmizləmək lazımdır və burada dayanmaq olmaz.
Ankara Suriyadakı 22 bazanın PKK/PYD-yə verilməsinə qəti surətdə qarşı çıxış edir.
Qeyd edək ki, Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ankarada İbrahim Kalınla danışıqlar keçirib. Daha əvvəl elan edilməsinə baxmayaraq, onların iştirakıyla mətbuat konfransı keçirilməyib .
Daha əvvəl “Hürriyət” qəzeti bildirib ki, Boltonla danışıqların gedişatında Ankara Suriyadakı Amerika bazalarının Türkiyəyə ötürülməsi və ya onların məhv edilməsi üzrə sorğu ilə Vaşinqtona müraciət edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci il dekabrın ortalarında Suriyada İŞİD üzərində qələbəni elan edib və bildirib ki, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.
Ömər
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto



































.jpg)
