Region
Amerikanın İranla bağlı hədəfi… - Rusiya eksperti HƏR ŞEYİ AÇDI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Gina Haspel etiraf etdi ki, İran texniki olaraq nüvə sazişinə riayət edir, amma bu, ABŞ-ın İran barəsində siyasətini dəyişdirməyəcək.
Publika.az xəbər verir ki, bu haqda “Sputnik” radiosunun efirində rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və islam tədqiqatları Mərkəzinin aparıcı elmi işçisi Boris Dolqov “Sputnik” radiosunun efirində bildirib.
“ABŞ İrana çoxdandır ki, təzyiq siyasəti tətbiq edir. Bu, Barak Obama administrasiyasında da belə idi. Amma bu siyasət Donald Tramp dövründə daha da gücləndi, İran barəsində siyasət daha sərt oldu, bütün istiqamətlərdə təzyiq artdı. Bu bəyanatlar da bu tendensiyanı təsdiq edir. Bundan başqa, ABŞ burada İsrail ilə birgə hərəkət edir. Xatırladım ki, İsrailin maraqlarının müdafiəsi ABŞ-ın strateji məsələsidir. Bunu Amerika rəhbərləri dəfələrlə bildiririblər. İndi biz Suriyada İsrail-İran qarşıdurmasının güclənməsini müşahidə edirik, İsrail Suriyada iranmeylli güclərin olduğu rayonları bombalamağa davam edir”, - Boris Dolqov deyib.
Onun fikrincə, ABŞ-ın İranın maksimal zəiflədilməsinə yönəldilmiş addımları davam edəcək.
“İranın nüvə proqramı üzrə öhdəliyi yerinə yetirməsi barədə bəyanata gəlincə, ABŞ-ın fikrincə, Tehran bunu guya investisiyaları almaq və Qərb üçün təhlükə yaradan hərbi gücünü artırmaq üçün edir. Bu, əvvəlki siyasətin davamıdır: Tehrana təzyiq, sanksiyaların gücləndirilməsi… Hədəf İranın maksimum zəiflədilməsi, həmçinin Suriya böhranı ilə bağlı vəziyyətdə mövqelərə ciddi zərbənin vurulmasıdır”, - ekspert yekunlaşdırıb.
Qeyd edək ki, MKİ-nin başçısı İranın hazırda texniki olaraq nüvə sazişinə riayət etdiyini və bunun sayəsində Avropa İttifaqından investisiyaları almağa ümid etdiyini bildirib. Onun sözlərinə görə, Tehran bu sazişin icrasından çəkilmək imkanına malik olmaq üçün tədbirlər görür.
Xatırladaq ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik probleminin nizama salıması haqqında tarixi razılaşmaya nail olublar. Razılaşdırılan Birgə hərtərəfli İş Planı BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqinin İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.
Ancaq ABŞ ötən ilin mayında İranla nüvə proqramı razılaşmasından çıxdığını və bu ölkəyə qarşı bütün sanksiyaların bərpa olunacağını elan etdi.
Ömər
-
ABŞ02:12ABŞ-da qismən şatdaun ləğv edildi
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO






















.jpg)

.jpg)












