Region
Erməni müxalifəti Paşinyanı "AĞ YUDU, QARA SƏRDİ"
Ermənistanın müxalifətdə olan Respublika partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib ki, bu ölkənin baş naziri Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Şarmazanov keçirdiyi mətbuat konfransında baş nazirin son bəyanatlarını şərh edib. Onun sözlərinə görə, əvvəllər jurnalist və deputat olan Paşinyan iqtidarı vədlərini yerinə yetirməməkdə və bir-birinə zidd bəyanatlar verməkdə günahlandırırdı. “Məlum olur ki, hakimiyyətə gəldikdən sonra Nikol bu göstəricilər üzrə bütün rekordları təzələyib. Həmin vaxtlarda o, Avrasiya İqtisadi Birliyindən çıxmağa çağırırdı, indi isə tam əksini söyləyir. Baş nazir ötən ilin yayında bəyan etdi ki, ölkədə korrupsiya yoxdur, indi isə bunun tərsini iddia edir. Bundan başqa, Paşinyan bildirib ki, 2008-ci ilin mart hadisələrinin üstü açılıb, lakin bugünədək heç bir məlumat yoxdur”, -deyə Şarmazanov vurğulayıb.
Müxalifət nümayəndəsi Paşinyana Mahatma Qandinin sözlərini xatırladıb: “Xoşbəxtlik odur ki, sənin sözün, əməllərin və düşüncələrin ahəngdar olur”. O əlavə edib ki, baş nazir respublikanın yollarında qırmızı xətlərin və kameraların yığışdırılması, qazın qiymətlərinin azaldılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni erməni baş katibin təyinatı, sürətli iqtisadi inkişaf haqqında vədlərini yalnız “sehrli çubuğun köməyi ilə” həyata keçirə bilər.
-
Dünya09:00Çinin ən böyük dəniz yatağı REKORD QIRDI
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun




























