Region
Ərdoğandan Yeni Zelandiya terrorçusu barədə ŞOK SÖZLƏR: Onun manifest yazması...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantla bağlı sensasion sözlər deyib.
Publika.az xəbər verir ki, “Kanal 7” və “Ölkə TV”nin ortaq yayımının qonağı olan prezident hücumun şəxsi deyil, təşkilatlı bir bir hücum olduğunu vurğulayıb.
Terrorçunun Yutubda yaydığı 74 səhifəlik qondarma manifestə toxunan Ərdoğanun sözlərinə görə¸ onun belə bir manifest yazması mümkün deyil.
“Bunun arxasında bir təşkilat var. Onu tapıblar, manifesti hazırlayıb əlinə veriblər. Çünkü, Qərb mediasının səsi niyə çıxmır?Bir terrorçu ortaya çıxdı, özünə görə ölkəmi iki yerə böldü. “Anadolu tərəfində yaşayarsan, lap yaxşı, Avropa tərəfinə keçməyə çalışarsan, elə edərik, belə edərik” deyir. Oradakı zehniyyətin bir ifadəsi idimi? Çünki, bu şəxsi bir hadisə deyil, təşkilatlı bir hadisədir. Mənim, ölkəmin, Ayasofyanın adını qeyd edir. Ayasofyanı geri alacaqmış. Türk xalqı həmişə bu torpaqlarda yaşayacaq. İstanbulu Konstantinopol edə bilməyəcəksiniz”, - Türkiyə Prezidenti bildirib.
Xatırladaq ki, terror hadisəsi martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə baş verib. Son məlumata görə, hadisə nəticəsində 50 nəfər ölüb, eyni sayda insan yaralanıb. Hadisəni törədən Brenton Tarrant aprelin 5-də məhkəmə qarşısına çıxacaq.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...














.jpg)

















.jpg)
.jpg)

