Region
Xameneinin bu bəyanatı GÜNDƏMİ DƏYİŞDİRƏCƏK: Acı zarafat...
Avropa faktiki olaraq nüvə sazişindən çıxdı, onlar tərəfindən yaradılmış İranla ticarət üçün maliyyə mexanizmi “kədərli zarafat”a yaxındır.
Publika.az xəbər verir ki, bu haqda İranın ali dini lideri Əli Xamenei İran televiziyası ilə birbaşa yayımlanan çıxışımda deyib.
Onun sözlərinə görə, Avropa ABŞ-ın nüvə sazişindən çıxışına qarşı durmalı idi, ancaq o bunu etmədi.
“Onlar bizə deyirlər ki, nüvə sazişindən çıxmaq lazım deyildir, amma təcrübədə özləri sazişdən çıxdılar. Yaradılması haqqında yaxın vaxtlarda bəyanata verilən maliyyə kanalı acı zarafata yaxındır”, - dini lider bildirib.
Xamenei avropalıların İranı keçmişdə olduğu kimi kürəyindən bıçaqladığını vurğulayıb.
Xatırladaq ki, ötən ayın əvvəlində Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb. İranla Avropa şirkətlərinin maliyyə hesablaşmalarının təminatı üçün yaradılan şirkətin qərargahı Parisdədir. Şirkət INSTEX (Instrument In Support Of Trade Exchanges) adını alıb. Şirkətin vəzifəsi Amerika sanksiyalarının bərpasından sonra İranla maliyyə hesablaşmaları üçün ödəniş kanalını yaratmaq və İranla ticarəti canlandırmaqdır. Eyni zamanda, teleradio şirkəti qeyd edir ki, bunu etmək çətin olacaq, çünki, artıq şirkətlərin xeyli hissəsi İrandan gedib və onunla əlaqələri kəsiblər.
Mexanizmə Avropa İttifaqının başqa ölkələri də qoşula biləcək.
Mexanizm aşağıdakı qaydada hərəkət edəcək: İran Avropaya neft və başqa malları çatdıracaq, ancaq qazanılmış pul İran banklarına deyil, İrana sənaye malları, dərmanlar və ərzaq çatdıran şirkətlərə göndəriləcək.
Qeyd edək ki, ABŞ-ın ötən ilin mayında İranla nüvə sazişindən çıxmasını elan etməsindən dərhal sonra Avropa ölkələri İranla ticarət üçün xüsusi təyinatlı mexanizmin (Special Purpose Vehicle) yaradılacağını açıqlayıblar. Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Federika Moqerini 2018-ci ilin sentyabrında bildirdi ki, təşəbbüsün praktik reallaşdırılması İranla maliyyə sazişləri həyata keçirəcək hüquqi şəxsin yaradılmasını nəzərdə tutur.
Cavabında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi bildirdi ki, Birləşmiş Ştatlar nə Avropa İttifaqı, nə də başqa ölkəyə İran əleyhinə sanksiyaları pozmağa imkan verəcək. O, İranı ABŞ-a qarşı durmağa çalışacağı təqdirdə, “çox yüksək qiymət” ödəyəcəyi ilə hədələyib.
“Röyters” agentliyi isə noyabrda bildirdi ki, ABŞ-ın sanksiyalarından qorxduqları üçün Avropa İttifaqının heç bir ölkəsi yeni strukturun qərargahını qəbul etməyə hazır olduğunu ifadə edə bilmir.
Xatırladaq ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik probleminin nizama salıması haqqında tarixi razılaşmaya nail olublar. Razılaşdırılan Birgə hərtərəfli İş Planı BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqinin İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.
Ancaq ABŞ ötən ilin mayında İranla nüvə proqramı razılaşmasından çıxdığını və bu ölkəyə qarşı bütün sanksiyaların bərpa olunacağını elan etdi.
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı