Ərdoğan üçün 3 AYRI PLAN: müvəffəqiyyətli olsaydılar... - SENSASİON DETALLAR ORTAYA ÇIXDI
Bizi izləyin

Region

Ərdoğan üçün 3 AYRI PLAN: müvəffəqiyyətli olsaydılar... - SENSASİON DETALLAR ORTAYA ÇIXDI

Türkiyədə Akıncı hərbi hava bazasından idarə olunan 15 iyul dövlət çevrilişinə cəhdin ikinci bazası olan Dalaman hava limanında o gecə baş verən hadisələrin detalları məlum olub.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, FETÖ-nün çevriliş cəhdinin ən əhəmiyyətli və tək hədəfi prezident Rəcəb Tayyib Ərdoğan idi.

Bu səbəblə, qiyamçılar Ərdoğan üçün üç fərqli plan hazırlayıblar və bu planlar iyulun 13-də A-3 sənədləri üzərindən verilən brifinq ilə son hala gətirilib. İlk plan Türkiyə prezidentinin İstanbuldakı Huber iqamətgahı ilə bağlı idi.

Prezident Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, nazir Berat Albayrak, həyat yoldaşı Esra Albayrak ilə uşaqları Əhməd Akif Marmarisdən Dalamana gələn helikopterdən ATA təyyarəsinə keçirlər.

İkinci planı iyulun 16-da prezidentin Antalya proqramına görə planlaşdıran qiyamçılar son planı Okluk Koyu üçün hazırlayıblar. Ancaq prezidentin Okluk Koyunda tam olaraq harada olduğunu bilməyən qiyamçılar dəqiq planlama edə bilməyiblər. Prezident Ərdoğan Okluk Koyuna gedərkən helikopterdə nasazlıq yarandığı üçün quru yolla hərəkətə davam edib. Beləliklə, qiyamçılar prezidentin helikopterinin tam olaraq harada yerə endiyini radarlardan müəyyən edə bilməyiblər. Bu səbəblə, Diyarbakrdən F-16-larla Dalamana gələn qiyamçı general Deniz Kartepe ilə onu müşayiət edən iki pilot kəşfiyyat aparatları ilə bölgənin fotoşəkillərini çəkib.

Ərdoğanı daşıyan helikopter qiyamçılara yaxalanmamaq üçün dənizin 10 metr yüksəkliyindən uçaraq enir. Sui-qəsd qrupu həmin vaxt Ərdoğanın qaldığı otelə basqın edir.

Ərdoğanın qaldığı oteli tam olaraq müəyyən edə bilməyən qiyamçıların Dalaman hava limanında da bəzi tədbirləri gördüyü ortaya çıxıb. Bu tədbirlər 15 iyulda Akıncı bazasında və Dalaman hava limanında baş verən hadisələrin oxşar olduğunu göstərir.

Hədəfi yalnız Ərdoğan olan qiyamçıların planları müvəffəqiyyətli olsaydı, çevriliş cəhdi də böyük ehtimalla müvəffəqiyyətli olardı. Ancaq qiyamçılar Dalaman hava limanında planlarını reallaşdıra bilmədilər. Ərdoğanı daşıyan helikopter özünü tanıma sistemini bağlayaraq aşağı hündürlükdən Dalaman hava limanına enir. Burada yüksək hündürlükdə olan hava aparatlarını müəyyən edə bilən radar olduğundan helikopter radarlara yaxalanmır.

Ərdoğan qısa müddət sonra “Gulfstream G450” tipli TC-ATA təyyarəsi ilə Dalaman hava limanından qalxaraq İstanbula uçur. Bu hadisə qiyamçıların çevriliş cəhdinin iflasa uğramasında həlledici rol oynayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm