Region
Şimali Kiprin qapalı Maraş bölgəsi qapılarını açır
Şimali Kiprin Maraş bölgəsi insan həyat üçün açıq elan ediləcək.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyənin ədliyyə naziri Abdulhamit Gül bölgəyə səfər edərək burada dağılmış təsərrüfatın vəziyyətini nəzərdən keçirib.
Qeyd edək ki, Marş Bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub. 1974-cü ildən insan həyat üçün qapalı olan bölgənin təsərrüfatı tamamilə dağılıb. “Xəyallar şəhəri” adı ilə bütün dünyada məşhur olan Maraş qədim türklərin “Cənnət adası” saydıqları Kiprin ən dilbər guşələrindən biri kimi şöhrətli olub.
Şimali Kipr Türk Respublikasının Mağusa şəhərində yerləşən Qapalı Maraş bölgəsi 60-70-ci illərdə dünyanın ən böyük turizm mərkəzlərindən biri olub. Hətta otelləri və qumarxanaları ilə məşhur bu şəhər Aralıq dənizinin “Las Vegas”ı da hesab edilib.
Lakin bu gün Maraş , keçmiş yunan adı ilə Varoşa, Aralıq dənizi sahilində Kipr adasının insansız şəhərinə çevrilib. Maraş artıq el arasında “kabus şəhər” adlanır.
Maraşın taleyi Kipr müharibəsinin başlanması ilə dəyişdi. Kipr adasının Yunanıstana birləşdirilməsinin qarşısını almaq və Kipr türklərinə qarşı törədilən soyqırımın qarşısını almaq məqsədilə qarantör dövlət haqqından istifadə edən Türkiyənin müdaxiləsindən sonra Maraş Türkiyə Silahlı Qüvvələrinin (TSQ) nəzarətinə keçdi.
Burada həyat 1974-cü ildə necə dayanıbsa elə də qalıb. Təbiət şəhəri öz ağuşuna alıb və gizləyib. Həyatın durduğu bu şəhərin bir zamanlar dünyanın ən lüks turizm mərkəzlərindən biri kimi təsəvvür etmək belə olmur.
Bu şəhərə BMT qüvvələri, TSQ mənsubları və ordu evinin yanında yerləşən qız tələbə yataqxanasında qalan tələbələr xaricində, kiminsə girməsi qadağan idi.
Maraş TSQ-nin nəzarətinə keçdikdən sonra Kipr müzakirələrinin tərkib hissəsinə çevrilib. Anlaşmalar sonrası bölgə yerləşim və məskunlaşmaya qapalı elan edildi. Maraş Kipri ikiyə ayıran Yaşıl xətt zonasındadır.
Maraşın ərazi dəyəri 100 milyard dollardan artıq hesab edilir. Şəhərin turizm istiqamətində qurulması 1960-cı ildə başlanıb. Maraş təkcə 1973-cü ildə bütün Kiprin türizm sektorundakı toplam gəlirin 53,7%-ni təmin edirdi. 1970-ci illərdə Kipr adasındakı otellərin 50%-dən çoxu 6,5 km uzunluğunda dəniz sahilində yerləşən Maraşda idi.
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi