Region
Türkiyəyə edilən təhdidlərə Ərdoğandan SƏRT CAVAB
ABŞ-dan edilən çağırışlara baxmayaraq, Ankara Suriyada hərbi əməliyyatı davam etdirəcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türk liderinin sözlərinə görə, Vaşinqton PYD terrorçularına dəstəyin dayandırılması ilə bağlı Ankaranın çağırışlarına vaxtında səs vermədi.
“Bizim ünvanımıza təhdidlər edilir ki, bu əməliyyatı dayandıraq. Mən ABŞ prezidenti Donald Trampa və başqa ölkələrə deyirdim: Bunu dayandırın! Amma siz bunu etmədiniz. Və indi biz geri çəkilməyəcəyik”, - Ərdoğan vurğulayıb.
O qeyd edib ki, İraq və Suriyada terrorçuluğa qarşı əməliyyatlar bu ölkələrin ərazi bütövlüyünə qarşı yönəlməyib. Dövlət başçısı həmçinin bildirib ki, Türkiyə kürdlərlə deyil, terror təşkilatları ilə mübarizə aparır.
“Bölgəni terror təşkilatlarından təmizləyərək, biz sərhədlərimizin təhlükəsizliyini və Suriya qaçqınlarının öz evlərinə qayıdışını təmin edəcəyik”, - Ərdoğan deyib.
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi













.jpg)




















