Region
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın...
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yeni razılaşma əldə olunub.
Publika.az xəbər verir ki, “Saudi Aramco” neft avadanlıqları istehsalçısı “Novomet” şirkətinə 30,7%-lik payla ortaq olub.
Müqavilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) və Rusiya Birbaşa İnvestisiya Fondundan (RDIF) ibarət konsorsium tərəfindən imzalanıb.
Rusiya Federal Monopoliya ilə Mübarizə Xidmətinin (FAS) rəhbəri İqor Artemyev paytaxt Moskvada verdiyi açıqlamada şirkətin bir hissəsinin satışının Rusiya Hökuməti Xarici İnvestisiya Nəzarəti Komissiyası tərəfindən təsdiq edildiyini bildirib.
Beləliklə “Novomet”in 10,2% hissəsinə RDİF sahib olacaq. Qalan 20,5% hissə isə “Saudi Aramco” və PIF-ə 5 milyard rubl (133 milyon manat) əvəzində veriləcək.
Qeyd edək ki, “Novomet”in satışı ötən ay Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz tərəfindən imzalanmışdı.
Xatırladaq ki, "Saudi Aramco" sentyabr ayında silahlı hücuma məruz qalmışdı. Hücumun məsuliyyətini İran dəstəkli Husi üsyançıları öz üzərlərinə götürmüşdü.
Zümrüd
-
Hadisə22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU

































.jpg)