Region
Ərdoğandan Azərbaycan haqqında möhtəşəm sözlər: "İlin sonunda..."
“Bildiyiniz kimi, Azərbaycanla “tək millət, iki dövlət” prinsipinə söykənən münasibətlərimiz hər ötən gün daha da güclənir. Bu ziyarətimizdə Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısını gerçəkləşdirdik”.
Publika.az xəbər verir ki, bu sözləri ötən gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident xatırladıb ki, səfər çərçivəsində ölkələr arasında 14 razılaşma imzalanıb: “Bu anlaşmalar çərçivəsində imzaladığımız ticarət müqaviləsi ilə hədəfimizə çatacağımıza inanırıq. Azərbaycanla Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi böyük layihələrə imza atmışıq. Qarşılıqlı sərmayələrimiz hər gün artır. Müdafiə sənayesi sahəsində güclü əməkdaşlığımız var. Regional məsələlərdə də Azərbaycanla birlikdəyik. Azərbaycanla erməni iddiaları, İslam düşmənliyi, irqçilik və ayrıseçkiliklə mübarizə məsələlərində birlikdə işləyirik. Yuxarı Qarabağ mövzusunda Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlar artıq azadlığına qovuşmalı və bölgəyə sülh, sabitlik gəlməlidir. Minsk qrupu 25 ildir ki, fəaliyyət göstərir. Bu taktika ilə nə Rusiya, nə də ABŞ problemi həll edib. Minsk üçlüsü bu ana qədər bir həll yolu ortaya qoymadığı üçün aparılan danışıqlarda, təəssüf ki, heç bir nəticə əldə olunmayıb”.
Ərdoğan ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını lənətləyib: “1992-ci ildə yaşanan bu hadisədə 613 bacı-qardaşımız şəhid olub. Azərbaycanla görüşlərimizdə bəzi həssas mövzulara toxunduq. Naxçıvan-Türkiyə arasındakı təbii qaz xəttini sürətlə gerçəkləşdirmək üçün ilk addımı atdıq. Lazımi təlimatları verdik. İrandan təbii qaz ehtiyacını qarşılayan Naxçıvana bizim qazımız alternativ olacaq. Bundan başqa, Naxçıvan-Qars dəmir yolu xəttinin inşasının razılaşması gündəmdədir”.
O bildirib ki, iyun ayında 2020 Avropa Çempionatı çərçivəsində Türkiyə milli komandasının oyunlarını izləmək üçün Bakıya gələcək: “Siyasi məsələlərdə Azərbaycanla Türkiyə arasında heç bir sıxıntı yoxdur. Hərbi birliyimiz davam edir. Təhsil məsələsində birliyimiz, onsuz da, var. “Efes” hərbi təlimlərinə Azərbaycanı da dəvət etdik. Parlament seçkilərinə görə Azərbaycanı təbrik etdik. Başlatdıqları islahatların gücləndirilməsi və inkişafını təmənna etdik”.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)