Region
Türkiyə Milli Suverenlik və Uşaqlar Gününü qeyd edir
Türkiyə Milli Suverenlik və Uşaqlar Gününü qeyd edir.
Publika.az xəbər verir ki, həmçinin Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ili qeyd olunur.
1920-ci ilin 23 aprelində Ankarada Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi toplanıb və türk xalqının Qurtuluş Savaşında – Cümhuriyyət quruculuğu yolunda tarixi səhifə açılıb.
Türkiyə Respublikasının təşəkkülündən sonra bu tarixi gün rəsmi dövlət bayramı – Milli Suverenlik Günü (Ulusal Egemenlik Günü) kimi qeyd olunmağa başlanıb və böyük öndər Atatürk 23 apreli Türkiyə və dünya uşaqlarına bir bayram kimi ərməğan edib.
“Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər deyir. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.
Zümrüd
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)






















.jpg)
.jpg)

