Region
Ərdoğanın Ayasofya şifrəsi: Fatehin sözləri, Keribarın fotosu, Tuluyhanın musiqisi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın ibadətə açılmasından sonra çıxışı zamanı bir sıra məqamlara diqqət çəkib.
Publika.az xəbər verir ki, Türkiyə mediası Ərdoğanın çıxışı zamanı fonda görünən sözləri, fotonu, eləcə də Ayasofyaya həsr olunmuş musiqini “Ərdoğanın Ayasofya şifrəsi” olaraq təqdim edib.
Fateh Sultan Mehmetin sözləri
Ərdoğanın çıxışı zamanı arxa fonda 1453-cü ildə İstanbulu fəth edən Sultan Mehmetin Ayasofya haqqında dediyi sözlər görünüb. İstanbulu fəth edən Fateh Sultan Ayasofyanı ibadət üçün məscidə çevirib və onun qorunması ilə bağlı qərarlar verib. 6 əsr öncə Fateh Sultan bildirib: “Məscid olmaqdan çıxarılarsa, ən böyük haram işləmiş və günahları qazanmış olurlar”.
Ərdoğanın çıxışı zamanı bu sözlərin fonda görünməsi Türkiyə daxilində və dünyada Ayasofyanın muzey statusunun ləğvi və ibadətə açılması ilə bağlı etirazlara mesajdır.
Fondakı foto
Ərdoğanın çıxışı zamanı arxa fonda Ayasofyanın böyük bir fotosu yerləşdirilib. Bu foto 2010-cu ildə məşhur fotoqraf İzzet Keribar tərəfindən çəkilib və Ayasofyanın içi bütövlükdə əks olunur.
Ayasofyan musiqisi
Ərdoğanın çıxışından sonra məşhur pianoçu Tuluyhan Uğurlunun Ayasofya üçün hazırladığı xüsusi musiqisinin ifa olunması diqqət çəkib. Bəstəkar Ayasofyanın keçmişdən indiyə qədər davam edən tarixindən Qərb və Türk musiqi alətlərindən istifadə etməklə notların dili ilə bəhs edib. Bu musiqi bəstəkarın “Dünyanın paytaxtı İstanbul” albomunda da yer alır.
Asif
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var

















.jpg)






.jpg)












