Region
Qardaş ölkədən Azərbaycana DƏSTƏK: “Türkiyə hər zaman yanınızdadır!”
“Bütün dünya COVID-19-la savaşarkən Ermənistan əvvəlcə Qarabağda beynəlxalq təşkilatların tanımadığı parlament və prezident seçkiləri keçirdi. Dünən isə cəbhənin Tovuz istiqamətində top atəşləri ilə təxribat törətdi”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım qeyd edib.

Azərbaycan-Ermənistan arasında Tovuz rayonu istiqamətində gedən döyüşlər barədə fikirlərini bildirən türk deputat qeyd edib ki, bölgədə Ermənistanın daim atəşkəsi pozması və dünənki hücumlar rəsmi İrəvanın regional sülh və sabitliyi istəməməsinin əhəmiyyətli sübutudur: “Beynəlxalq toplumu Ermənistanın Azərbaycana qarşı təxribatçı siyasəti və iki ölkə sərhədindəki təxribatçı hərəkətlərini şiddətlə qınamağa, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllinə qovuşmasını təmin etməyə çağırırıq. Türkiyə hər zaman Can Azərbaycanın yanındadır!”.
Şamil Ayrım ötən gün düşmən təxribatı nəticəsində həlak olan Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.
Zümrüd
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)






















.jpg)
.jpg)

