Region
Toylarda yoxlama-nəzarət tətbiq olunacaq
Türkiyədə keçirilən toy, nişan və nikah məclislərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yoxlama-nəzarət aparılacaq.
Publika.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin bütün valiliklərinə bununla bağlı təlimat göndərib. Təlimatda bildirilir ki, yoxlama-nəzarət tədbirlərində məqsəd koronavirusla əlaqədar sosial həyat üçün müəyyən edilən məhdudiyyətlərə necə əməl olunmasını öyrənməkdir. Yoxlama-nəzarətlərin nəticələrinə uyğun olaraq məhdudiyyətlərlə bağlı təkliflər hazırlanacaq.
Qeyd edək ki, hazırda Türkiyənin 32 vilayətində 37-si kənd olmaqla ümumilikdə 83 yaşayış məntəqəsi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Ekspertlər gündəlik aşkar edilən yoluxma sayındakı artımı kütləvi tədbirlərdə qaydalara əməl edilməməsi ilə əlaqələndirirlər. O cümlədən yallı tutmaq xəstəliyin əsas yayılma mənbələrindən hesab edilir. Risklərin çox olduğunu nəzərə alaraq, bəzi şəhərlərdə əsgərlərin yolasalma mərasimlərinin keçirilməsinə də qadağalar qoyulub.
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi













.jpg)




















