Region
"Sülh çeşməsi" futbola yaşıl işıq yandırdı
Türkiyə Silahlı Qüvvələrinin "Sülh çeşməsi" əməliyyatı (oktyabr-noyabr 2019) ilə terrordan təmizlənən Suriyanın Rasulayn və Tel Abyad qəsəbələrində gənclər Türkiyənin də dəstəyilə yenidən idman fəaliyyətləri göstərərək sosiallaşma imkanı əldə edir.
Publika.az xəbər verir ki, Türkiyənin Şanlıurfa Valiliyinin açıqlamına görə, "Sülh çeşməsi" əməliyyatı ilə sülh və təhlükəsizlik mühitinin yarandığı Rasulayn qəsəbəsində Şanlıurfa Valiliyi Suriya Dəstək və Koordinasiya Mərkəzinin rəhbərliyindəki fəaliyyətlər davam edir.
Həmin çərçivədə təşkil edilən "Rasulayn Məhəbbət və Salam" futbol liqasının ikinci yarı müsabiqələri final oyunları ilə yekunlaşıb.
Gənc və uşaqların böyük maraq göstərdiyi yarışların final matçında "Azadlıq" və "Çehefe" idman klubları qarşılaşıb.
"Çehefə" İdman Klubu çempion olaraq kuboku qaldırdığı oyundan sonra bir araya gələn bütün klublara mənsub gənc idmançılar, dəstəklərinə görə Türkiyəyə təşəkkür ediblər.
Bölgədəki gənc və uşaqları idman fəaliyyətlərinə istiqamətləndirərək müharibə travmasını aradan qaldırmaq üçün dəstək olmaq istəyən Şanlıurfa Valiliyi Suriya Dəstək və Koordinasiya Mərkəzi Tel Abyad və Rasulaynda tamamlanan futbol turnirləri və liqa yarışlarından sonra voleybol turniri üçün də hazırlıqlara başlayıb.
Türkiyə əməliyyat bölgəsində daha əvvəl də futbol, basketbol və voleybol sahələrini yeniləmişdi.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


