Region
Ərdoğan ən böyük hədəflərini açıqladı
Dünyada uzun zamandır hakim olan siyasi, iqtisadi status hərtərəfli sarsılmaqdadır. Bütün ölkələr və cəmiyyətlər üçün yeni bir dövrün ayaq səsləri getdikcə daha yüksəkdən eşidilir. Yeni dövrdə Türkiyəni layiq olduğu yerə çıxarmaqda qərarlıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Göztəpə rayonunda şəhərin dördüncü ən böyük tibb müəssisəsi olan Professor Süleyman Yalçın Şəhər Xəstəxanasının açılış mərasimində bildirib.
Dünyanın siyasi, iqtisadi, sosial baxımdan böyük çətinliklərlə üzləşdiyi indiki dövrdə Türkiyənin inkişaf istiqamətində böyük addımlar atdığını deyən Prezident hazırda hədəfin Türkiyəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirmək olduğunu vurğulayıb.
Dövlət başçısı Türkiyədə digər sahələrlə yanaşı, səhiyyənin gücləndirilməsi istiqamətində atılan addımların COVID-19 pandemiyası dövründə özünü daha çox büruzə verdiyini vurğulayıb. Qeyd edib ki, pandemiya dövründə Türkiyə ərazisində ümumilikdə 16 tibb müəssisəsi istifadəyə verilib.
-
Magazin106:16"O həyasız da elə bilir deməyə sözüm yoxdur"
-
Yaxın Şərq05:45İsrail “Hizbullah”ın komanda mərkəzlərini vurdu
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ




































