Region
Türkiyə 6 ölkənin hücumuna məruz qaldı: Rusiya, Çin, ABŞ və...
Türkiyə bir neçə ölkə tərəfindən kiber-hücumlara məruz qalır.
Publika.az xəbər verir ki, kiber təhlükəsizlik sahəsində aparılan araşdırmalar nəticəsində beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Kiber Təhlükəsizlik İndeksi hesabatına əsasən, Türkiyə kiber təhlükəsizlikdə 20, Avropada isə 11-ci yerdə qərarlaşıb.
Lakin Türkiyə illik məruz qaldığı 100 min kiber hücum ilə dünyada ən çox hücuma məruz qalan ilk 3 ölkə arasındadır. Bu qaynaqlar arasında isə ABŞ, Çin, Yunanıstan, Rusiya, İndoneziya və Vyetnam diqqət çəkir. Bu hücumlar adəçəkilən ölkələrdən birbaşa edilməsə də, həmin ölkələrdə mövcud olan kompüter və elektron əşyalar vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, Türkiyə 1327 korporativ, 14 sektoral Kiber Hadisələrə Müdaxilə Komandası (SOME) nəzdində xidmət edən 4 min 180 kiber mütəxəssislə regionda hücumlara qarşı ən hazırlıqlı ölkələrin önündə gəlir.
Qeyd edək ki, Türkiyə bu ilin fevral ayında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Kiber Hücumlara Müdaxilə Mərkəzinin nəzdində Kiber Təhlükəsizlik Əməliyyat Mərkəzi qurub.
Zümrüd
-
Sağlamlıq10:38Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı
-
MDB10:30Gürcüstanın neft emalı zavodu Rusiya neftindən imtina etdi
-
ABŞ09:27"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi






.jpg)





























