Region
Rusiya ölümcül silahın izindədir - ŞOK FAKTLAR
Dünya koronavirus pandemiyası ilə mübarizə apararkən Rusiya ilə bağlı qorxunc iddialar səsləndirilir.
Publika.az xəbər verir ki, mütəxəssislər Rusiyanın insanlığın sonuna səbəb ola biləcək silahın axtarışında olduğunu iddia edir.
Onlar Rusiyanın Ebola virusunu bir layihə çərçivəsində ölümcül bioloji silah kimi istifadə etməsindən qorxur. “Noviçok” zəhərlənmə hadisəsi ilə əlaqələri olan Federal Kəşfiyyat Bürosunun 68240 nömrəli komandasının “Toledo” kod adlı proqramın yaradıcısı olduğu düşünülür. Bu proqram çərçivəsində ortaya çıxan xəstəliklər dağıdıcı epidemiyalar, orqan çatışmazlığı və ciddi daxili qanaxmaya səbəb olur.
Sabiq ingilis hərbi kəşfiyyatçılarından biri Moskvanın xəstəlikləri analiz etməkdən çox “Toledo” proqramı vasitəsilə xəstəlikləri necə silah olaraq araşdırmasından qorxduğunu dilə gətirib.
Toledo İspaniyada vəbadan sonra xarabalığa çevrilmiş bir şəhərdir. ABŞ-ın Ohayo ştatında da 1918-ci ildə böyük qrip epidemiyası yaşayan eyniadlı şəhər mövcuddur.
Qazanc məqsədli işləməyən “OpenFacto” təşkilatının müfəttişləri Rusiya Müdafiə Nazirliyinin nadir və ölümcül patogenləri analiz edən 48-ci Mərkəzi Araşdırma İnstitutu adlı gizli komandasının olduğunu kəşf etdiklərini söyləyir.
Bu komandanın ölümcül sinir agenti “Noviçok”un yaradılmasına kömək edən 33-cü Mərkəzi Araşdırma İnstitutu ilə əlaqəsi var. “Noviçok” 2018-ci ildə İngiltərənin Salisböri şəhərində sabiq rus agenti Sergey Skripal və qızı Yulianı zəhərləmək üçün istifadə olunub.
Sənədlərə əsasən, ABŞ hər 2 institutu bioloji silahlar üçün araşdırma aparmaq ehtimalı səbəbilə sanksiyalara məruz qoyub. 48-ci komandanın “Toledo” proqramının lideri Federal Kəşfiyyat Bürosunun 68240 komandasına informasiya ötürdüyü bildirilir.
Başqa bir mənbə “The Mirror” nəşrinə bunları deyib: “Həm Rusiya, həm də Britaniyada “Noviçok” kimi silahlara qarşı necə müdafiə mexanizmi yaradılacağını öyrənmək üçün bioloji və kimyəvi müharibələri analiz edən laboratoriyalar mövcuddur”.
Mənbə Rusiyanın “Noviçok” da daxil olmaqla Britaniyada bu tip dağıdıcı silahlardan istifadəyə nə qədər isti baxdığını sübut etdiyini bildirib: “Bu, Rusiyanın potensial olaraq Ebola ve Marburq haqqındakı araşdırmalarını sürətləndirməsi və ölümcüllüyünü silah kimi dəyərləndirməsi mənasına gələ bilər”.
Ümumdünya Səhiyyə Təşkilatı Marburq virusunun 88% ölümcül olduğunu açıqlayıb. Xəstəlik 1967-ci ildə Almaniyanın Marburq və Frankfurt şəhərlərində, Serbiyanın Belqrad şəhərində 2 böyük epidemiyaya səbəb olub.
Bu ayın əvvəllərində Britaniya Müdafiə naziri Rusiyanın ölkə küçələrində ikinci kimyəvi silah hücumu ilə minlərlə insanı öldürə biləcəyini açıqlamışdı.
Zümrüd
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO


























