Region
Bu, qəbuledilməzdir - Zaxarova
“İnternet ortaq bir sahə olaraq bilinirdi. Ancaq qanunlarımızdan, mövcud qanunvericilik bazamızdan danışsaq, internet nəhəngi adlandırdığınız şirkətlər tamamilə hüquqi çərçivədən kənar davranırlar. Bu, son illərdə, xüsusən 2020-ci ildə tamamilə artan əsl problemdir”.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
M.Zaxarova Qərb internet şirkətlərinin tez-tez Rusiya qanunlarına zidd olaraq hüquqi çərçivədən kənar hərəkət etdiklərini vurğulayıb və bunun qəbuledilməz olduğunu bildirib. Sözügedən şirkətlərin Rusiya internet sahəsində fəaliyyət göstərdiklərini, lakin əksər hallarda ölkə qanunlarına riayət etmədiklərini qeyd edən XİN sözçüsü, qanunların pozulmasına baxmayaraq, internet nəhənglərinin tətbiq olunan cərimələrə məhəl qoymadıqlarını qeyd edib.
Blok tətbiqləri səbəbindən bəzi özəl qurumların, fərdi şəxslərin və vətəndaş cəmiyyəti təmsilçilərinin ABŞ-ın internet platformalarını məhkəməyə verdiklərini xatırladan Zaxarova, ABŞ siyasətçilərinin bloklanmasının bütün dünyanı təəccübləndirdiyini düşündüyünü söyləyib:
Qeyd edək ki, rusiyalı müxalif Aleksey Navalnının ölkəsinə qayıtdıqdan sonra həbs olunması səbəbiylə 23 yanvarda təşkil edilən ilk etirazlar əsnasında Qərb internet şirkətlərinin etirazçılara dəstək verdiyi bildirilmişdi. İnsanların küçələrə çağırılması mesajlarında heç bir məhdudiyyət qoyulmaması böyük reaksiyaya səbəb olub.
Akqabay
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

