Region
Rəfsəncaninin qızı prezidentliyə namizəd olacaq
İranlı islahatçı siyasətçi və qadın haqları müdafiəçisi, sabiq millət vəkili Faizə Haşimi prezidentliyə namizəd olmaq niyyətindədir.
Publika.az xəbər verir ki, o, ölkəsinin siyasətindəki qadın radikallığı ilə mübarizə çərçivəsində 18 apreldə keçiriləcək seçkilərdə simvolik namizədlik irəli sürəcəyini bildirib.
İran siyasətinin ən güclü fiqurlarından olan sabiq prezident Əli Əkbər Həşimi Rəfsəncaninin qızı olan Faizə mövcud şəraitdə qadın olaraq azad şəkildə siyasətlə məşğul olmasının mümkünsüzlüyünü dilə gətirib. O, namizədliyinin mühafizəkar hakimiyyətdəki Konstitusiyanın Mühafizəsi Şurasında (Nigehban) rədd ediləcəyindən əmindir.
“Universitetdə 100 tələbəyə belə dərs deməyə dözə bilmədilər. Vəziyyətimin şurada və prezidentliyə namizəd kimi nə olacağı aşkardır. Amma qadınların seçkilərdə namizəd ola biləcəyinə inandığım üçün lazım olsa, işi simvolik şəkildə edəcəm”, - Faizə Haşimi qeyd edib.
İran siyasətində qadınların problemlərinin “təhlükəsizlik məsələsi” olaraq dəyərləndirildiyini bildirən aktivist qadınlarla bağlı ən sadə mövzuların böhrana çevrildiyini vurğulayıb.
Faizə Haşimi son zamanlarda iranlı siyasi tərəflərə qarşı tənqidləri ilə diqqət çəkir.
Qeyd edək ki, İranda prezident və deputatlıq seçkilərinə qatılmaq istəyənlər 12 nəfərdən ibarət Konstitusiyanın Mühafizəsi Şurasında (Nigehban) dəyərləndirilir və təsdiq olunur.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





