Region
Ərdoğandan SƏRT MESAJ: "Bunların həyatı yalan üzərində qurulub"
"20 İyul (1974) zülmə son qoyulan və Kiprə (Kıbrıs) sülhün gəldiyi qurtuluş günüdür".
Publika.az xəbər verir ki bunu Şimali Kipr Türk Respublikasında (KKTC) səfəri çərçivəsində 20 İyul Barış və Azadlıq Bayramı münasibətilə təşkil edilən rəsmi mərasimdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Rumlar (yunan) Kipr türkünü azlıq olaraq görmə, bərabərlik təməlində həlli rəddetmə qəflətindən heç cür oyana bilmədi:
"Hələ də gerçəklərdən qopuq, maksimalist, qeyri-səmimi və ərköyün yanaşmanı davam etdirməkdə israrlıdırlar.
Avropa İttifaqı maliyyə və inzibati cəhətdən Şimali Kiprə dəstək verəcəkdi. Verdimi? Xeyr. Bunların həyatı yalan üzərində qurulub.
Kiprdə içlərində hələ də 1974 əvvəli qırğınların həsrətini çəkənlər var.
Kıbrıs (Kipr) məsələsində biz haqlıyıq, haqlı olduğumuz üçün də sonuna qədər haqqımızı müdafiə edəcəyik.
On illərdir dəyişməyən, qısa müddətdə də dəyişməsi gözlənilməyən rəftarın artıq heç bir hökmü qalmayıb. Bizdən kimsə artıq bundan sonra geriyə doğru heç nə gözləməsin.
Mülkiyyət haqqlarına riayət edilərək icra olunan işlər işığında artıq Maraşda hər kəsin faydasına olacaq yeni bir dövrün qapıları açılır.
Heç kimin Kipr türkündən bərabər statusu və suverenliyindən imtina etməsini, rumların idarəsi altında azlıq olaraq yaşamasını qəbul etməyi gözləməsin.
Heç qüsura baxmasınlar, 47 deyil, hətta 147, 247 il də keçsə, Kıbrıs xalqı müstəqilliyindən və azadlığından vaz keçməyəcək.
Kimin təktərəfli fəaliyyətlər göstərdiyinin, kimin gərginliyi artırdığının mühakiməsini beynəlxalq cəmiyyətin vicdanına buraxıram”.
Hüseyn
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

