Region
İranda susuzluğa qarşı ETİRAZ: 9 nəfər öldü, 16 yaşlı iki uşaq isə...
İranın Xuzistan əyalətində susuzluğa qarşı etirazlar zamanı 9 nəfər həlak olub, 102 nəfər isə həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, həbs edilənlər arasında 16 yaşında iki uşaq da var.
Qeyd edilib ki, 9 gündür etiraz aksiyasının keçirildiyi Xuzistan şəhərində havanın temperaturunun 48 dərəcəyə yüksəldiyi bir halda əhaliyə elektrik enerjisinin verilməsi də dayandırılıb. Əyalətdə internet tamamilə kəsilib və ya son dərəcə məhdudlaşdırılıb.
Yayılan məlumata əsasən, Susəngerd şəhərinin giriş yolları da beton maneələrlə bağlanılıb, avtomobillərin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb.
Etirazların başlandığı gündən bəri ilk dəfə olaraq, İranın birinci vitse-prezidenti İshaq Cahangir dünən Xuzistana səfər edib.
Əvvəlcə Xuzistanın şamalında yerləşən Kərxə su bəndinə baxış keçirən Cahangiri sonra Əhvaz şəhərinə gedərək, əyalət başçıları, eləcə də bir sıra yerli tayfa başçıları ilə görüşüb. Əyalətdə yaranmış su problemini müzakirə edib.
Cihangiri ilə yanaşı İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Selami bölgədəki su böhranının həlli istiqamətində davam edən səyləri araşdırmaq üçün Xuzistana gedib.
Dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi sosial media hesabından “Dinlə” başlıqlı paylaşımında “Etiraz fəryadlarına güllə və həbslə cavab verilir” sözləri ilə Xuzistan hadisələrinə reaksiya verib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)