Region
Türkiyədə yoluxma sayı iki dəfə ARTDI
Son günlər Türkiyədə COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarında artım müşahidə edilir.
Publika.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin son göstəricilərinə əsasən, yoluxma halları 60 vilayətdə iki dəfəyədək artıb. Ölkənin Tunceli və Bartın vilayətlərində isə bu rəqəm dörd dəfə çoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndlənmənin məcburi hala gətirilməsinin tərəfdarı olmadığını bildirib. Səhiyyə naziri Fahrettin Koca isə yoluxma hallarının artacağı təqdirdə yeni qərarlar qəbul edilə biləcəyini deyib. Bildirilib ki, əhalinin sıx toplandığı, yan-yana oturduğu yerlərə daxil olmaq üçün peyvəndlənmək istənməyən şəxslərdən PCR (COVID-19) testi tələb oluna bilər. Vaksinasiya olunmayan şəxslər iki gün ara ilə dövlət xəstəxanalarında PCR testindən keçə biləcəklər. Mütəxəssislər bunun əhalinin sağlamlığı və ölkə daxilində xəstəliyin yayılmasının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirirlər.
Hazırda ölkədə 75 milyona yaxın insana COVID-19 peyvəndi vurulub. İkinci doza vurulanların sayı isə 28 milyondan çoxdur.
-
Hadisə10:13"Azəriqaz"ın əməkdaşı hakimin ölümünə görə həbs edildi
-
İqtisadi gündəm09:52Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq
-
Avropa09:30Təyyarədə dəhşətli dava - 2 nəfər ömürlük cəza aldı(Video)
-
Magazin107:35Azərbaycanlı bloqerlər 10 ildə necə dəyişiblər? - Öncə və sonra... - Foto
-
Sosial06:46"Azerina" müştərini şantaj edib? - Şok səs yazısı
-
Sosial05:15Bakıda bu binalar da sökülür - Video
-
İKT03:43Çinin istehsal etdiyi smartfonlardakı gizli təhlükə - Məşhur bloqçu üzə çıxardı
-
Qoroskop02:00Günün ulduz falı: sevgi xırda detallarda gizlənəcək





























.jpg)





