Region
Çavuşoğlu: "Kənardan müdaxilə bölgənin problemlərini həll etməyəcək"
Türkiyə İraqda PKK terrorçularının mövcudluğunu qəbul etməyəcək və bu terror təşkilatı ilə mübarizədə Bağdada hər cür dəstək verməyə hazırdır.
Publika.az Anadolu-ya istinadən xəbər verir ki, bunu Bağdad Əməkdaşlıq və tərəfdaşlıq konfransında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türk diplomatiyasının rəhbəri Ankaranın ölkədəki sabitliyi təmin etmək üçün İraqa dəstək verməyə davam edəcəyini bildirib və iki ölkə arasındakı tərəfdaşlıq əlaqələrinə diqqətə çatdırıb.
"Türkiyə Fişaburdan Bağdada avtomobil və dəmir yolu tikintisi, Bağdad və Bəsrə arasında nəqliyyat yollarının bərpası, Mosulda sənaye zonasının yaradılması, Fav/Basra limanının inkişafına kömək, suvarma və su idarəçiliyi sahələridə daxil olmaqla İraqın inkişafı və yenidən qurulması layihələrinin həyata keçirilməsinə töhfə verməyə hazırdır. Təhlükəsizlik olmadan iqtisadi inkişaf yoxdur", - Mövlud Çavuşoğlu deyib.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, terrorun İraqın və bütövlükdə bölgənin gələcəyində heç bir yeri olmamalıdır.
"Terror təşkilatları bölgəmizin təhlükəsizliyinə təhdid yaradır. Türkiyə DAEŞ, PKK/YPG və FETO kimi bir neçə qanlı qruplaşmalarla eyni vaxtda mübarizə aparır. Terrorun alçaq siması bizə yaxşı məlumdur. Ankara İraqda PKK terrorçularının mövcudluğunu qəbul etməyəcək və bütün dost dövlətlərdən bu məsələdə dəstək gözləyir", - Türkiyə diplomatiyasının rəhbəri bildirib.
M.Çavuşoğlu kənar müdaxilənin bölgənin problemlərini həll etməyəcəyini vurğulayıb.
-
Avropa11:00Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək















.jpg)



















.jpg)
